20.11.2014 [11:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ötən gün İranın Şərqi Azərbaycan əyalətində Təbriz Universitetinin Azərbaycanşünaslıq tədqiqat müəssisəsi tərəfindən füzulişünaslıq üzrə elmi konfrans keçirilib. Bu barədə İSNA xəbər agentliyi məlumat verir.
Məlumata əsasən, konfransda Azərbaycandan və İrandan elm xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Təbriz Universitetinin rektoru Məhəmmədrza Purməhəmmədi deyib ki, belə konfransların keçirilməsi Azərbaycan və İranın elm adamlarının birgə əməkdaşlığının başlanğıcıdır. O, qeyd edib ki, gələcəkdə Şəhriyar, Nizami və digərləri ilə bağlı belə konfranslar keçirilməlidir.
M.Purməhəmmədi deyib ki, İranın bütün qonşu ölkələrlə əlaqələri yaxşı səviyyədədir, lakin Azərbaycanla münasibətlər iki qardaşın əlaqələri kimidir.
Konfransda çıxış edən Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə deyib ki, Azərbaycan və İran arasında bir çox tarixi, mədəni bağlılıq mövcuddur və bu müştərək bağlılıq iki ölkənin elm sahəsində əməkdaşlığının artırılması üçün səbəbdir: “Milli və mənəvi dəyərlərin qorunması zəruri məsələlərdəndir və bu cür elmi konfransların keçirilməsi bizə bu hədəfə çatmaqda yardımçı ola bilər”.
Ə.Əlizadə bildirib ki, Füzuli milli və regional şair deyil: "O, elə bir şəxsiyyətdir ki, Azərbaycan mədəniyyətini şeir dili ilə dünyaya tanıtdırıb. Gənclərimiz belə şəxsiyyətlərin həyat və yaradıcılığını öyrənməklə onlardan nümunə götürməlidirlər".
Konfransda çıxış edən İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi deyib ki, bu qəbildən konfransların keçirilməsi davam etdiriləcək: "Gələn ay Bakıda belə bir elmi konfrasın təşkili barədə razılığa gəlmişik. Təbriz Universitetinin bir qrup müəllimi də bu konfransda iştirak edəcək”.
Elmi konfransda “Füzuli əsərlərində Əhli-Beyt (ə) həyatının motivləri”, “Füzulinin saqinamələri”, “Füzuli şeirlərində irfani incəliklər”, “İslamın elmi əsasları və Füzuli şeirləri” və digər mövzularda məruzələr oxunub.

Bu xəbər oxucular tərəfindən 930 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |