Şrift:
Rusiya NATO-dan zəmanət tələb etdi
20.11.2014 [12:11] - Gündəm, Siyasət
“Rusiya NATO-dan Ukraynanın bu təşkilata qəbul edilməyəcəyi ilə bağlı zəmanət tələb edib”.
LiderXeber.com informasiya agentliyinin məlumatına görə, bu barədə Rusiya Prezident Admintrasiyasının mətbuat xidmətinin rəhbəri Dmitri Peskov xəbər verib.

Onun sözlərinə görə, Rusiyaya yüz faizli zəmanət lazımdır ki, heç bir ölkə Ukraynanın NATO-ya daxil olması barədə düşünməyəcək.

O həmçinin qeyd edib ki, Rusiyanın sərhədinə NATO qüvvələrinin mərhələli şəkildə yerləşdirməsi Moskvanı narahat edir: "Bu hərəkətlər güc balansını pozur”.

Qeyd edək ki, Ukraynada yaranmış mövcud vəziyyətə görə, NATO Baltikyanı ölkələrinin hərbi hava qüvvələrini gücləndirib. Radiolokasiya avadanlığı (təchizat) qurulmuş təyyarələr Polşanın və Rumıniyanın üzərində uçuşlar həyata keçirirlər. Eyni zamanda Baltik və Aralıq dənizlərinə ittifaqın əlavə gəmilərini gətirilib.
Bu xəbər oxucular tərəfindən 743 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed