20.11.2014 [12:31] - Gündəm, Siyasət
“Prezidentlərin Soçi, Uels və Paris görüşlərində müəyyən razılaşma və irəliləyişlər əldə olunmuşdu”
Bakı. Rüfət Əhmədzadə - APA. “Dağlıq Qarabağda erməni helikopterinin vurulması ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri də, ABŞ Dövlət Departamenti də münasibət bildirib. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu vertolyotun vurulmasına səbəb olan hadisələrə görə təəssüflənirik”.
APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan deyib.
“Biz tərəfləri münaqişəni dinc yolla nizamlamağa çağırırıq. Prezidentlərin Soçidə, Uelsdə və Parisdə keçirilən görüşlərində müəyyən razılaşma və irəliləyişlər əldə olunmuşdu. Biz tərəfləri bu razılaşma və irəliləyişləri davam etdirməyə, bunun nəticəsində yekun dinc nizamlanmaya nail olmağa çağırırıq”, - deyə diplomat bildirib.

Bu xəbər oxucular tərəfindən 709 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |