Şrift:
Azərbaycan yığmasına yeni baş məşqçi
21.11.2014 [15:38] - İdman
Bosniya və Herseqovinanın sabiq baş məşqçisi planlarından danışıb
"Daha əvvəl rədd etdiyim bəzi təkliflər var. Azərbaycan və Qalatasaray mənimlə çalışmaq istəyir. İndi ehtimal ki, bunlardan birini qəbul edəcəyəm".

Bunu Bosniya və Herseqovinanın sabiq baş məşqçisi Saffet Suşiç deyib. O bildirib ki, tətilə getməzdən əvvəl gələn təklifləri dəyərləndirəcək.

Qeyd ədək ki, 2016 Avropa Futbol Çempionatı seçmə mərhələsində Bosniya və Herseqovina İsrailə 3-0 məğlub olub. Bu nəticə yığmanın qrupdan çıxma şansını çətinə salıb.

Bosniya və Herseqovina Futbol Federasiyası isə məğlubiyyətin ardından baş məşqçini komandadan göndərib.
Bu xəbər oxucular tərəfindən 645 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed