Şrift:
İçi boş, içi dolu, içi boşla dolu
28.12.2011 [03:42] - DAVAMın yazıları
Hər şeyin əlbəttə bir çölü bir də içi vardır. Çölün rəngləri, şəkilləri, ölçüləri müxtəlifdir. Çöl, bədən kimidir (və əslində elə bədən də bir çöldür). İç isə ruhdur. İçin şəkilləri, rəngləri, növləri çox deyil. Yazının adında sadaladığım qədərdir. Boş, dolu və boşla dolu. Vəssəlam.

Hər şey belədir. Ümumiyətlə ikilik, yəni dualizm üzərində qurulub bütün kainat və ötəsi. Dualizmi qəbul edirəm, ancaq ilahi mənbəyə qədər. Sırf dualistlər Allahı da xeyir və şər, işıq və qaranlıq və yaxud da mələk və şeytan olaraq ikiyə bölürlər. Bizim onlarla yollarımız burada ayrılır. Allah ikilənməyən, ikinciyə ehtiyacı və meyli olmayan Vahiddir - Əhəddir. Əslində hər şeyin Ona meyli və ehtiyacı olduğu üçün burada da bir dualizm mövcud olardı, amma bu bu istək və ehtiyac qarşılıqlı deyil. Məsələ burasındadır ki, hər şeyin Ona ehtiyacı var, ancaq Onun kimsəyə ehtiyacı yoxdur. Bunu mən demirəm. Allahdan gəldiyinə inandığımız və beləliklə də varlığına dolayısı ilə, yaxud da birbaşa inandığımız Allahın son kitabındakı “İxlas” surəsi buyurur. Bu dəqiqə içi boş millətçilər mənə gülür, necə ki, içi boşla dolu ilahiyyatçılar mənə gülür.

Ben üçüncü halim,..
Haşmetli ve mukaddes,
Padişahlar padişahı!
Benim beyaz ellerimden başlar,
Tabaamın sabahı...


Bu, qabığı rəngsiz, amma içi dopdulu misralar çağdaş Türk poeziyasının çox sevdiyim ulu çinarı Fazil Hüsnü Dağlarcaya məxsusdur. Eşq olsun belə içə. Görürsüz, çölü, yəni qabığı yox kimidir. Bəzəkli pafosdan, rəngbərəng örtülərdən ibarət deyil. İçi arayanların bazarıdır.

Adətən içi dolu olan şeylərin üz qabığına o qədər də əhəmiyyət verməzlər. Məsələn, çox satılan, Nobel mükafatı almış əsərlər kimi. Qarsiya Markesin həmin mükafatı almış cəmi yüz səhifəlik “Yüz ilin tənhalığı” əsəri bizim Dövlət mükafatı almış qalın cildli, parlaq və bahalı kağızlı kitablarının yanında heç gözə gəlmir. Kənd kitabxanalarının bir küncünə atılmış, nəm və toz basmış kitabcıqlara bənzəyir o möhtəşəm əsər. Niyə? Çünki içi doludur. Bəzi insanlar o da içi dolu olduğu üçün baxımsız və kimsəsiz qalıb. Ancaq bir şeyin ki, içi boş oldu, onu reklam edərlər, qabığını bəzəyərlər, çölündə qiyamət qopararlar. Niyə? Çünki onun belə şeylərə ehtiyacı vardır. Tutaq ki, millətçilik. Elə millətçilik növləri vardır ki, millətin adını, şanlı tarixini-filanı heç dilinə gətirmir. Ancaq millətə elə xidmət edir ki, gəl görəsən. Niyə? Çünki içi doludur. Ancaq kommunistlərin pafosundan seçilməyən səs-küylü millətçiliyin içi boşdur. Elə millətçilər tanıyıram ki, məsələn, təpədən-dırnağa qədər ateistdirlər. İndi siz deyin, millətçilik hər şeydən yuxarıda dayana bilərmi? Axı biz təyin etmirik kainatın hərəkətini... bütün müqəddəsləri ayaq altına alıb, mübarizəsini hər şeydən önə çıxaranların bu millətə faydası nə qədər ola bilər? Küçədən-bazardan tutulmuş, İranda tiryək üstündə həbs olunduğu türmədən qaçıb, Bakıya millətçi kimi, Güney Azərbaycan mücahidi kimi gələnlərin o taylı bu taylı Vətənə xidməti hansı səviyyədə olacaq? İnsaf yəni, vallahi insaf! Deyirlər Şəhriyar önəmli və böyük əsərlərini niyə fars dilində yazıb? İttiham edirlər böyük şairi! Ancaq o göbələklərin biri soruşmur ki, Şəhriyar nə yazıb? Bəyəm Şəhriyarı öz idealarına qurban edənlər, onun ürfani divanlarını farsca olduğu üçün ayağının ucuyla bir kənara itələyib, üç-beş dənə türkcə yazdığı şeirləri öz məqsədləri üçün önə çıxaranlar haqlıdırlarmı? Bunları Şəhriyar yazmayıbmı? Niyə oxumursunuz onları? Niyə imkan verirsiz ki, farslar ona “bizim şairimiz” desinlər? Səbəbi məlumdur. O cür millətçiliyin içi boşdur. Və yaxud da elə ustad Şəhriyarın öz ifadəsi ilə desək “içi boşla dolu”dur. Lazımdırmı belə millətçilik mənə? Xeyr, şəxsən mənə lazım deyil. Tutaq ki, Türkiyədəki millətçilik Nazim Hikməti inkar edir, Vətən xaini sayır. Elə dindarlar da həmin mövqedədirlər. Bəyəm insanın əqidəsi yaşayacaq, yoxsa əsərləri? Hanı Nazimin şeirlərində Vətənə xəyanət? Göstərin bir dənə misra... Tapa bilmərsiniz. Ancaq içi boş sözlərlə bütün milləti qandırıblar illər boyu. Şükür Allaha ki, son dövrlərdə Türkiyədə hər şey çox sürətlə dəyişir. Məsələn, məşhur “Kurtlar Vadisi Pusu” serialında Vətən istiqbalı üçün çox yox cəmi on il bundan öncəyə qədər bri-birinin qanlı düşməni olan millətçilər, dinçilər, Ələvi-sufilər və kürtlər bir araya gəlir. Bu, sadəcə ssenerist və rejissor təxəyyülü deyil. Bu, Türkiyənin haliyədəki gerçəkliyidir. Məsələn, hər kəs artıq gözəl anlayır ki, Ələvi dedikləri sufilər Allahsız deyillərmiş. “Cəm evi” ilə “cami” söz ikisi də ərəbcədə eyni mənanı verir. Yaxud da kürtlər PKK-çı deyil, heç PKK-çılar da kürt deyilmiş. Millətin və Dövlətin ortaq dostları və ortaq düşmənləri yavaş-yavaş yox, yuxarıda dediyim kimi, çox sürətlə ortaya çıxmağa başlayıb Türkiyədə. Buna görə də sevirəm mən o milləti də o məmləkəti də.

Ancaq yazıqlar olsun bizə. Bizim dərdimiz təkcə millətçilik deyil ki. Dinimiz bərbad gündədir. Məscidlərimizin bir qismi şiə siğəxanalarına çevrilib, bir qismi ərəb millətçiliyinin tufan qopardığı Vəhhabi ocaqlarına, bir qismi də Nur tələbələrinin adamı canından bezdirən və ruhani gimnastikanı xatırladan uzun-uzun ibadətlərinin məkanına çevrilib. Onların heç birinin içi boş deyil. Özlərinə görə, saysız-hesabsız arqumentləri, faktları və yalnız özlərini haqlı çıxaracaq səbəb və nəticələri vardır. Bəli, onların içi doludur, ancaq boşla doludur. Ən acınacaqlı görüntü isə budur ki, bir-birini ittiham edən tərəflərin hamısı özlüyündə haqlıdırlar. Millətçilərin iranpərəst dinçiləri məhkum etmələri doğrudur. Onların isə, sözü gedən bəzi millətçilərə dinsiz demələri doğrudur. Hər kəs öz qabığına çəkilib, özünü haqlı bilir. Haqq isə tamam başqa yerdədir. Sevgili Nəcip Fazil əfəndi görün nə yazır:

Bu yurda her bela içinden gelir;
“Hep”leri hep, hiçin hiçinden gelir.
Gelemez bir ithal malıdır akıl,
Kafdağından, Çinden, Maçinden gelir.
Dünküne eş, bugün küfür yobazı;
Bütün derdi festen, lapçinden gelir.
“Allah vardır” dersin, sorarlar: Niçin?
Sonra tokat, puta “niçin”den gelir.
Benim nur mayama pislik atanlar,
Şeytan, senin büyük elçinden gelir!
Biricik selamet yolu tarihte,
“Sormayın, görmeyin, geçin”den gelir.
Genç Osmanı lif lif yolan o güruh,
Kahpe devrişmenin piçinden gelir.
Bir gün bu gidişle çatlarsa yürek,
Dile vurdukları perçinden gelir.


Xahiş edirəm, ağıllı insanlardan, bu şeiri dəfələrcə oxuyun, diqqətlə baxın, seçin, görün içndəki doluluğu! Dopdoludur, məna doludur, məzmun doludur, dərd doludur, gözəllik doludur bu şeirlər. Mən də belə millətçiyəm. Meydanlarda “Türkəm!” deyə bağırmaq yerinə, türk oluram olur-bitir, vəssəlam... Çünki, içim boş deyil və boşla dolu deyil.

Ədəbiyyat kimi, incəsənət də belədir. Məsələn, birisi muğam oxuyur. Məlumdur ki, muğam içi boş sənət növü deyil. Ancaq ifaçının içi bəzən o qədər boş olur ki, Alim Qasımovdan ürək çırpıntısı ilə dinlədiyin eyni qəzəldən istifadə olunan eyni muğam bu dəfə sənə çox cılız və eybəcər görünür. Bu da bir sirrdir. Deməli, bu kainatda nə varsa, insandan keçir və insandan asılı vəziyyətə düşür. Hələ deyəlim ki, muğamat improvizasiyalı bir sənət növüdür, hər sənətkar burada öz dəsti-xəttini və üslubunu diktə edir. Bəs, simfonik əsərlər necə? Tutaq ki, Amadey Motsartın möhtəşəm əsərləri,.. axı onlar notla yazılıb, dəqiq parametrlərə malikdir. Bəs niyə əsrlərdir ki, onları minlərlə, on minlərlə orkestrlər, dirijorlar ifa edir və hərəsində fərqli səviyyələr ortaya çıxır? Deməli, hər şeyin insanın içindən keçir. Həmin iç boşdursa, keçdiyi yollarda muğamatı da Motsartı da boşaldacaq, özünə tay edəcək. Yox əgər doludursa, başqa məsələ. Heç unutmaram, bir dəfə məndən soruşdular ki, müəllim, axı necə olur ki, eyni saz havasını eyni sazda sən də çalırsan, bizim cavan aşıqlarımız da çalır. Ancaq sən çalanda adam gedir ərşi, fəzanı dolanır, gəlir, ancaq onlar çalanda adam bulvardan, restoranlardan, qadın bədənlərindən o tərəfə getmir. Sənin çalğından Allah iyi gəlir, onların çalğısından kabab və araq iyi. Bu niyə belə olur. Həmin jurnalist qızcığazın sualına cavabım isə qısa oldu: “Hər kəs gözlərini yumarkən, nəyi görürsə, onu da ifa edir”.

Və... sonda yenə də içlər içi, dolular dolusu, ulular ulusu Hz. Mövlana Cəlaləddin Rumidən bəzi mənsur misralarla sözümü bitirmək istərəm:
Her an sağdan soldan ilah? aşkın sesi geliyor. Biz göklere yükseliyoruz. bizi kim seyretmek ister?
Vaktiyle biz göklerde idik, meleklerle dostduk. Biz tezce yine oraya diyoruz. Zaten orası bizim şehrimizdir.
Aslında biz, gökten de yüceyiz, melekten de üstünüz. Bizim konak yerimiz, kibriya (ululuk yeri) iken, ne diye biz göklerden de meleklerden de ileri geçrniyelim?
Tertemiz ilahi inci nerede? Toprak alemi nerede? Ne maksatla o yüce menzilden aşağı indiniz? Denginizi bağlayın, yükünüzü yükleyin! Burası nasıl bir yerdir?
Genç talih, bizim yarimiz. Sevgiliye can vermek de işimiz, gücümüz. Bizim kafilemizin başı, yol göstereni Hz. Muhammed Mustafa'dır.
Onun mübarek ay yüzünü görmeye, ay dayanamadı da ikiye bölündü. Ay ondan nür dilenen, onun niyazkar, adi bir kölesi iken, o talihe kavuştu.
Sabah rüzgarının bu güzel kokusu onun mübarek saçlarının büklümünden geliyor. Bu hayalin parıltısı, kuşluk güneşine benzeyen cemalindendir.
Sen bizim gönlümüze bak da, her an ayın ikiye bölünmesini seyret! gözünü onun bakışından ayırıyor da, ne diye öte yana bakıyorsun?
Halk su kuşları gibi can denizinden doğmuşlardır. 0 denizden doğup gelen kuş, burada nasıl yerleşir? Nasıl konak tutar?
Aslında biz hepimiz can denizinin içindeyiz ve Hakk'ın huzurundayız. öyle olmasa, gönül denizinden birbiri ardınca dalgalar gelir miydi? Biz, bu manev? zevkleri duyabilir miydik?

Elest dalgası, "Ben sizin Rabbiniz değil miyim?" nidası geldi. Şu beden misi rüh için hazırlandı. Derken zamanı gelip de gemi kırılıp parçalanınca, artık buluşma, sevgiliye kavuşma çağı gelir.
Bəli, əziz oxucularımız, bu dəfə də sözümüz bitdi deyəsən. Sağlıqla qalın və dolu qalın…
Bu xəbər oxucular tərəfindən 1808 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed