Şrift:
Gənc Tamaşaçılar Teatrında Ağ ölüm adlı yeni tamaşa hazırlanıb
24.11.2014 [14:37] - Mədəniyyət
Noyabrın 28-də Dövlət Gənc Tamaşaçılar Teatrında V. Siqarevin “Şeytan ailəsi” adlı əsəri əsasında səhnələşdirilən “Ağ ölüm” tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Əsas rolları əməkdar artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev canlandıracaqlar.

Teatrdan bildiriblər ki, tamaşa Azərbaycan prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun hazırlanıb.
Bu xəbər oxucular tərəfindən 762 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed