Şrift:
Qərbi Azərbaycan Türk ziyalılarından Əli Cabbar oğlu Əliyev
25.11.2014 [10:18] - Gündəm, Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları
Əli Cabbar oğlu Əliyev 1929-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalının Qanlı kəndində anadan olmuşdur. Qanlı kəndində yeddillik kənd məktəbini oxuduqdan sonra Çaxırlı kənd orta məktəbini bitirmişdir.
1946-cı ildə İrəvan Pedoqoji texnikumuna qəbul olunmuş, texnikum 1948-ci ildə Azərbaycanın Xanlar rayonuna köçdüyündən 1950-ci ildə Xanlar Pedoqoji texnikumunu baxa vurmuşdur. İstehsalatdaişləyə-işləyə 1959-1964-cü illərdə V. İ. Lenin adına ADPİ-nin qiyabi şöbəsini bitirmişdir.
1951-ci ildə Göyçə mahalında və bir çox mahallarda məşhur olan loğman Hacı Nağının nəvəsi Samaya xanımla ailə həyatı qurmuş, 9 övlad böyütmüşlər. öyük oğlu Adil Vardenis rayon partiya komitəsində, Ermənistan KP Mərkəzi Komitəsində məsul vəzifədə işləmişdir.
Ə. Əliyev 1997-ci il oktyabrın 18-də əbədi dünyasına qovuşmuşdur.

Əli Əliyevin əmək fəaliyyəti haqqında

1946-cı ildə Basarkeçər rayonunun Çaxırlı kənd orta məktəbində pioner baş dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlayıb. 1950-1960-cı illərdə Çaxırlı kənd orta məktəbində müəllimlik edib. İşdə qabaqcıllığı, geniş dünyagörüşü, intellektual səviyyəsi nəzərə alınaraq 1965-ci ildə Vardenis rayon partiya komitəsində təlimatçı vəzifəsinə irəli çəkilmişdir.
1966-cı ildə Türk dilində nəşr olunan “Sovet Ermənistanı” qəzeti redaksiyasına xüsusi müxbir təyin edilir. 1969-cu ildə Vardenis rayon partiya komitəsində təbliğat-təşviqat şöbəsinə müdir vəzifəsinə təyinat alır. Bu vəzifədə işləyərkən bir çox məsələlərdə(xüsusən milli məsələdə) erməni məkrliləri ilə üzləşməli olur. Türk insanların işə təyin olunmasında və işləyənlərin işdən azad olunmasında xüsusi erməni şovnizmi, erməni millətçiliyi ilə üzləşsə də, türklər üçün öz köməyini əsirgəmir. Sözünü deməyi və yeritməyi bacarır. Çətinlikdə də olsa, məsələlərin həllinə nail olur. Həmin zamanlardan millətçilərin təzyiqinə məruz qalır. Erməni qara guruhu əli müəllimi millətçi kimi qələmə verirlər. Birinci katibi başa salırlar ki, “Əliyev çox işlərdə bizə mane olur, hətta maarif şöbə müdirini döyür, respublika prokurorluğunun nümayəndəsinin telefonu başına vurur”. Bəli, milliyyətcə erməni məmurlar əllərinə düşən xırda qüsura görə türk olanları incidirdilər və Əli müəllim işə qarışanda erməni fırıldağının üstü açılan vaxt Əli müəllim erməni məmurlarının birini şillə ilə vurmuşdu, o birinin də telefonu başına çırpmışdı... Məhz buna görə də onu mərkəzi aparatdan uzaqlaşdırmaq “zərurəti” yaranır. 1971-ci ildə Nərimanlı kənd kolxozuna sədr vəzifəsinə göndərilir. O bu vəzifənin öhdəsindən də ləyaqətlə gəlir və sonra böyük təsərrüfata malik Şişqaya kənd kolxozuna sədr göndərilir. Əli müəllimin bacarıqlı bir ziyalı olması və idarəçilikdə təşəbbüskarlığı rayonun idarəçiliyində belə kadrların tələbi zərurətindən onun yenidən rayon rəhbərliyinə yolunu açılır. 1974-cü ildə Ermənistan mərkəzi Həmkarlar ittifaqı Şurasının sədri onu Basarkeçər rayon həmkarlar ittifaqı şurasına sədr vəzifəsinə təyin edir. Lakin bu vəzifə də erməni məurlarının qurması ilə ixtisara düşür. Rayonun birinci katibi fürsətdən istifadə edib Əli müəllimi mərkəzi aparatdan uzaqlaşdırmağa cəhd edir. Mövcud durumu nəzərə alan Əli müəllim Şəfəq kənd orta məktəbində direktor işləməyi üstün tutur və direktor işlədiyi müddətdə katib dəfələrlə məktəbə gəlir, işlə maraqlanır, bildirir ki, Əli müəllimin haqqında səf iş görüb; onu yaxın zamanda raykoma qaytaracaq. Birinci katib belə desə də, erməni xəbisliyi sözünün üstündə durmağa imkan vermədi. Əli müəllim 1988-ci ilin dekabr ayınadək Şəfəq kənd orta məktəbində direktor işlədi.
1988-ci il məlum hadisədən sonra Bakı şəhərində məskunlaşan Əli Əliyev 1994-cü ilə qədər 198-258 saylı orta ümumtəhsil məktəblərində müəllim işləmişdir.

Hazırladı: Niftalı Göyçəli
Bu xəbər oxucular tərəfindən 1687 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed