27.12.2011 [04:06] - Mədəniyyət
Musa Yaqub: ““Payıza baxıram” adlı kitabım nəşr olunub. Yeni poemalarımı çapa hazırlayıram”
- Musa müəllim, siz Leninə şeir yazmısınız?
- Mən o vaxt Toppuşkənd orta məktəbində oxuyanda şagirdlərdən biri Stalinə şeir yazmışdı və mən bunu eşidəndə özümü mənasız biri kimi hisss elədim. Onu çox tərifləyirdilər ki, yaxşı şagirddir, hətta şeir də yazır. Mən düşündüm ki, yaxşı şagird olsaydım mən də yazardım. Bu məni Vətən, torpaq, Moskva, Bakı, Koroğlu vəs. haqqında şeir yazmağıma səbəb oldu. Amma əsl yaradıcılığa başlayandan sonra mən heç vaxt o mövzuda şeir yazmamışam.
- Maneə necə, yaratmadılar ki?
- Mən “Qarağacların ölümü” adlı bir şeir yazdım. Bütün dünyada qarağaclar qırılıb deyə. Bu şeirdə məna var idi. Bilirsiz, məni qoruyan elə o təbiət olub, torpaq olub. O adın altında olmuşam deyə, mənimçün Sovet hakimiyyətinə tərifnamələr yazmağıma ehtiyac olmayıb. Onlar müəyyən qədər məni qoruyub, mən onları çap etdirmişəm. Açıq deyəndə qoymurdular. Amma qarağaclar da elə təbiətdi də.
Mənim “Köhnə tərəzi” adlı bir şeirim var:
Onunla bölərdik, yaxşı-pisi də,
Köhnə tərəzimiz elin gözüydü,
İndi şey çəkilməz o tərəzidə.
Bu şeir çapa getdi. Amma sonradan icraçıya töhmət verdilər. Bilirsən, şeirdən sətiraltı mənanı çıxarıb deyirdilər. Amma şairlər də elə özünü döyə-döyə, onun qabağında sözlərini demək istəyirdilər. Elə hey deyirdilər ki, bizi açıb buraxsalar, gör biz nələr yazacağıq? İndi açıb buraxıblar, kim, nə yazıb ki? O vaxt milli hiss daha qüvvətli idi nəinki indi. Sözün qüdrəti də eləcə. İndini ittiham eləmək olmaz amma bilmək olmur axı.
- Musa müəllim, Azərbaycan poeziyası mənimçün
Ey kimsəsizlər kimsəsi,
Mən bikəsin yox kimsəsi,
Və ya aşıq Rübailin:
Damsın gözümə qarə su ki,
Axsın Vətən olsun.
buralardan başlayır. Sizin üçün necə, Azərbaycanda poeziya, şeir nümunəsi dediyiniz zaman, Azərbaycan türkcəsində olan şeir nümunəsi hardan başlayır?
- Xəqaninin yaradıcılığını sevirəm. Tərcümədən oxuyuram:
Başdan-başa xəstə və yorğun,
Hünərim yox,
Yonqar kimi, yonmuş məni dövran,
Xəbərim yox...
Doğrudan da atası dülgər olub. Bilirsiz, Şərqdə Xəqani qədər beşmərtəbə metaforalardan, bənzətmələrdən istifadə eləyən ikinci bir şair yoxdur. Allah rəhmət eləsin Tofiq Bayrama, deyirdi, şair zəifləyəndə oxucu şairləşir. O şairlər qalmadılar bu heç, amma gör ki, o dövrdən üzübəri Nəsimin ideyası, Cavid Əfəndinin ideyası, böyük romantizmi, dünyəviliyi gətirib çıxardı bu günlərə. Hər şairin bir üstün cəhəti var. Biz Məmməd Arazla ruhən çox yaxın olmuşuq. O, bizim çox böyük şairimiz idi. O təzəlik, yenilik, gətirdi. Məmməd Araz yaradıcılığının ikinci dönəmində, qəribə şeirlər yazdı.
- Yeri gəlmişkən, bəziləri iddia edirdilər ki, Məmməd Araz yeniliyi sadəcə olaraq yeni qafiyə sistemini ədəbi poeziyazımıza tətbiq eləməklə maraqlı bir şeriyyət ortalığa qoya bildi. Sizin fikriniz nədir?
- Xeyr, o maraqlı qafiyələr yaratmaqla, eyni zamanda bədii sözü abstraktlıqdan çıxardı. Abstrakt adamlar bir az intellektual, sərbəst şeirlər yazırdılar və iddia edirdilər ki, əsl şeir budur. Məmməd Araz həm bu tələblə, həm də böyük bədii metaforalarla çox gözəl şeirlər yazdı. Məsələn
Mən getdim, kəndə baxdım,
Onda, uşaq olanda bu yarpaqlar,
Çox iri idi, palaz boydaydı,
İndi baxıram ki, qulaq boydadı.
M. Araz ömürlə-ömür arasında, sözlə-söz arasında elə gözəl situasiyalar, çox gözəl bənzətmələr yaratdı...
Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdi, yazanım.
Və ya
Ölə-ölə yazmıram, yaza-yaza ölürəm.
Mənə də şeir yazıb.
“Bu dünyanın qara daşı göyərər”,
Şair, qayalara, dağlara söykən
Özü də biz-birimizdən çox uzağıq a, mən Buynuzda, o Nursuda. Amma hiss və duyğu cəhətdən o qədər doğma idik ki, o təbiət, o keçmişə bağlılıqla, torpağa, Vətənə bağlılıqla, ümumiyyətlə kök ordan gəlir. O kök bizi Bakıda birləşdirdi.
- Siz elə bir şairin adını çəkdiniz ki, istər-istəməz müəyyən mövzular gündəmə gəlir. Məmməd Araz deyəndə sözün həqiqi mənasında Vətənlə, vətəndaşlıqla, torpaqla bağlı duyğular bir az yaddaşa yuvarlanır. Sizin də yaradıcılığınızda bu məsələlər var. Amma mən istəyirəm, Azərbaycan poeziyasında Vətyənlə bağlı olan mövzular var . Misal üçün Araz yanğısı. Bu mövzuya minlərlə şeirlər yazılıb. Türkiyə ədəbiyyatında da Nəcib Fazil Qısakürəyin “Sakarya türküsü” şeiri var. Bu türkü yüz ilə içərisində əlli-altmış dəfə hərəkatları ayağa qaldırıb. Mitinqlər bu türkü ilə coşub. Sanki bunlar bir-birilə irtibatı da bu türkü ilə qururdular. Bəs bizim necə? Arazla bağlı olan şeirlərimiz bizi qovuşdura bildimi?
- Əslində, qovuşdura bilmədi. Ancaq dərd yaratdı. Amma unutmağa da qoymadı. Süleyman Rüstəmin Təbriz şeirləri doğrudan güclü idi. O hissləri, duyğuları saxlamağın ədəbiyyata çox xeyri oldu. Axı dövlət səviyyəsində deyilmirdi, bu yanğını yaddaşlarda saxlayan elə o dərdi unutmamağımız oldu. Bizim Təbrizə, o taydakılara məhəbbətimiz elə buradan qalıb.
Bilirsiniz, qovuşandan sonrakı sevgi ayrı sevgidir. Bu mənada bizim Cənuba, Araza həsr olunmuş şeirlərimizin rolu böyükdür. Məsələn:
İki bölünməkdən elə qorxuram,
Çöpü də ikiyə bölmərəm daha
(Söhrab Tahir)
- Bu gün necə? Azərbaycan ədəbiyyatında bunun təzahürü və təcəssümü varmı? Axı hər gün Cənubda soydaşlarımız asılır, işgəncələr verilir. Hansı ki, Sovet dönəmində o səs-küyü sala bilirdilər, amma indi bu görünmür...
- Bu saat Milli Hərəkatın qəhrəmanlarına söz yazılmır. Bu gün siyasi oyunlar ədəbiyyata qalib gəldi və ədəbiyyatı öldürdü.
Təhlükə altında elə Vətən oldu,
Millətin ürəyi dağlandı dağ-dağ,
Əsgərlər çevrilib cangüdən oldu,
Kürsü oyununda getdi, Qarabağ...
Bu gün heyif ki, siyasi oyunlar, mənafelər, ədəbiyyatı yendi. Biz bu çörək oyununa öyrəşməmişik. Mən bir misal deyim, Səməd Vurğunun yubileyində Kamal Yaşar və bir sıra böyük tənqidçilər bura gəlmişdilər. Dedilər ki, bunların hərəsinin papaqçı dükanı var, biz təəccübləndik ki, yazıçı da işlə məşğul olar? Və ya Məhəmməd Hadi öz şeirlərini satırdı, mən ona “Hadinin şeir bazarı” adlı poema də yazmışam. Təəccüb edirdim ki, belə şey olar? Heç düşünmədik ki, bu bizim də başımıza gələcək. Amma biz onu da bacarmırıq. Bu dəqiqə ən ucuz əmək yazıçı-şair əməyidir.
- Sizcə, bu gün siyasi prosesə gedən yolda ədəbiyyatımız nə şəkildə addımlayır?
- Ədəbiyyatımız heç cür addımlamır. Biz müstəqil olandan sonra türk dövlətləri ilə doğmalaşmaq əvəzinə əlaqələrimiz qırıldı.
- Musa müəllim, istəyirəm, bir məsələyə də aydınlıq gətirəsiniz, mən demək olar ki, dünyada Nobel mükafatı almış şairlərin bədii mətnlərinin əksəriyyəti ilə tanışam. Düşünürəm ki, Musa Yaqubun hər hansı bir şeiri, dünyada hər hansı bir Nobel mükafatı almış şairin şeirindən qat-qat üstündür. Düzdür, tərcümə faktorunu unutmamaq lazımdır, amma oxuyanda əsərin səviyyəsinin nə dərəcədə olduğu məlum olur. Eləcə də Əli Kərimin, Ramiz Rövşənin, Eldar Baxışın, Vaqif Bayatlının, Vaqif Səmədoğlunun, hətta İsa Hüseynovun yaradıcılğı ola bilər. İndi poeziyamızda çox dəhşətli bir xəstəlik yaranıb. Yazan adamların qələmi əlinə alanda ilk xəyal etdikləri Nobelə çatmaq olur ki, bu da uçurumlara gətirib çıxarır. Millətin əleyhinə, mənəviyyatın əleyhinə, xalqının, mədəniyyətinin əksinə, sağlam ziyalı yox, əcayib şeylər çıxır ortalığa. Ölkəmizə isə sağlam ziyalı təfəkkürü lazımdır. Olmazmı ki, hər hansı bir Ziyalı forumunda anti-Nobel mükafatı təsis olunub, Milli Məclisə ötürülə, o türk dilli toplumların Milli Məclislərinin arasında ortaq bir büdcə olub, anti-nobel mükafatı qoya ortaya, iki-üç ildən bir mükafatı təqdim edə? Bu hər nə qədər xəyal kimi görünsə də, belə bir şey etmək olarmı?
Rəhmətlik Məmməd Araz yaxşı deyib:
Gör kimin dövləti, gör kimin varı,
Mükafat verilir, kimin adından...
- Doğrudan da neft bizim, haqq bizim ola-ola adı başqasınındır. Mən hətta mən təklif elədim ki, o Nobel mükafatı komissiyasının tərkibində bir nəfər də azərbaycanlı nümayəndə olsun. Qardaş, o Nobel qardaşları o pulları İsveçrə bankına bizdən qazanıb aparmayıb, qoyun bizdən də bir nəfər otursun da. Amma o komissiyanın kriteriyaları imkan vermir bu hala. Nədənsə bu mükafatı müsəlman ölkəsinə dəhşətli surətdə çətin verirlər. Orhan Pamuk böyük yazıçıdır, amma heç kimə sirr deyil ki, erməni soyqırımını dəstəkləməsəydi, o mükafatı ala bilməyəcəkdi. O ki, qaldı, siz deyən komissiyaya, qətiyyən alınan iş deyil. Onda Sovet hökumətinin yumruğu vardı başımızın üstündə, indi öz yumruğumuz rusun yumruğundan bərkdi. O ürək yoxdur, yığasan bir yerə. Hələ biz o vurhavurdan, təbəddülatdan qurtarmamışıq. Bu şeirdə də var, sənətdə də, ədəbiyyatda da. Siyasətdə isə heç demirəm. Ümumiyyətlə siyasət elə-belə olur. Hələ biz o ürək sahibinə çatmamışıq ki, desin, ayə bu bizim millətimizin yazılarıdır, şeirləridir. Ad söhbətləri bilirsiz, necədir? Əslində, mən çox istərdim ki, hakimiyyət ədəbiyyata qarışmasın. İcazə verin, millət, ictimaiyyət özü bunu həlll eləsin, kim kimdir. Birinə ad veriləndə camaat elə bilir ki, ən yaxşı yazan yəqin bu imiş ki, ona bu adı verdilər. Amma axı belə deyil. Kim yarına bilirsə ona verirlər, adı, titulu.
- Ustad, bu yarınmış demişkən, Sovet dövrünü siz də yaşamısız, müəyyən adamları lazımı dərəcədə şişirdirlər, müəyyən adamların isə havasını alırdılar, çəkilirdi özünə. Bu günkü dönəmdə necə, sizcə, o şişirtmələr oldumu?
- Daha böyük oldu.
- Bəs bunun xeyri-zərəri nədir?
- Bilirsiz, şişirtmələrin həmişə ziyanı olub, xeyri olmayıb. Mən xeyli vaxt bundan qabaq əvvəl yazdığım, Xəqaniyə həsr etdiyim “Dəyirman ” adlı bir poemamda bunu vurğulamışam.
Əsərdə:
”Bənzəyir, kündə ayağımda dəyirman daşına,
Qanlı göz yaşımla işlər bu dəgirmanım mənim”,
Axı, ay Xəqani, Sən bir kənd uşağıydın, Axsitan şah Mənuçöhr, səni gətirib Məlikülşura elədi, şeir yazdın, əməlli-başlı, dünya şöhrəti qazandın. Bəs sən bu şahlığa niyə qarşı çıxırsan? Di işlət bu dəyirmanı.
Dözmür də, imkan olmur. Mən o şeiri elə bil taleyim üçün yazdım, sonradan gördüm ki, o dəyirmanı fırlamaq daha yaxşıdır, nəinki qana-qana boğazdan yuxarı söz demək. Bax bu insan taleyidir. İndiki dövrdə bir az da şairlərin taleyidir,.
- Çətindirmi şairin taleyini yaşamaq? Bu sözü nə ilə izah edərsiniz? Ümumiyyətlə, Azərbaycanda şair taleyini yaşamaq nə deməkdir?
- Şairin taleyi həm onun dili, həm də sözüdür. Haqqı olan da, olmayan da deyir ki, ilham göydən gəlir, Allah bizə özü diktə edir, biz onu yazırıq. Düzdür, şairliyin Allah vergisi olmağında həqiqət var amma vergidirsə də o vergini verən Allah bizim üçün neyləsin? Gərək sənin xalqın, sənin iqtidarın müəyyən mənada ideya ilə yox, müəyyən məsələlərdə kömək eləsin. Bu mənada bunu Azərbaycanda edən yoxdur. Şair taleyi ölümcül vəziyyətdədir. Hərəsi bir yanda bir işlə məşğuldur, yarınmaq, yaltaqlanmaq isə şairə yaraşmaz. Bir də görürsən, səksən yaşlı akademik də bu cür davranır.
Məhz bu mənada tale tapıb yaşamaq çox çətindir. Hər şeyi kapital, pul, mənafe həll edir. məs:
Doğrudan bilmirəm, nə gizlədir dil,
Torpağın qatına dolur təhlükə.
Amerikan bombası təhlükə deyil,
İranda olanda olur təhlükə.
İkili standartlar var dünyada. Yaqub Məmmədov demişkən, bu dəhşətli oyunda ən kiçik peşkalar da bizik. O əjdahaların qarşısında nə etmək olar? Erməni hiyləgərdir, hər şeyi əvvəldən pusib düzəldir, quraşdırır, sonra buraxır. Amma biz çaşıb qalırıq. Öz millətimizdir, özümüzünküdür, nə varsa bizimdir.
Xəqaninin əsərlərini bu günə çatdıran böyük bir millət, ədəbi dünyanı yaşadan bir millətik. Sirr deyil ki, bizim poeziyamız Türkiyədən ən azı yüz il irəlidədir. Amma onlar inkişaf edəcəklər. Çünki artıq iqtisadi inkişaf yolunu keçiblər. Hər şeyi bir nöqtəyə baxıb həll edirik. Biz isə hələ bu çamurun içindəyik, bir-birimizi həzm edib uda bilmirik.
Şükr o bir Allaha ki, millətimizin o bədii duyğusu, bədii hissi, o dostluq hissləri hələ yaşayır. Sakit bir yerdə gedəndə millət səni saxlayır, qədirbilənlik edir.
- Özünüz necə yaşayırsınız?
- Mən Milli Məclisin təqaüdünü alıram. Yəqin ki, o olmasaydı, başqa işlərə əl atardım. Axı indi nə qonorar, nə də əməkhaqqı var. Yaşamaq üçün, ancaq başqa vasitələr olmalıdır. O halda da gərək o vasitəyə tabe olasan.
- Bəs yaradıcılıq nə yerdədir?
- “Payıza baxıram” adlı kitabım nəşr olunub. Yeni poemalarımı çapa hazırlayıram.
- Şeirlərinizin audio variantını necə, hazırlamağı düşünürsüzsmü?
- Var, elə işlərimiz də var. Dostluqla, yoldaşlıqla yazdırırlar, mən də öz səsimlə deyirəm.
- Kitab məsələsinə necə baxırsınız?
- Mənim haqqımda Allahverdi Emilov kitab yazıb. Siz bir düşünün, görün kitab məsələsi nə həddədir ki, mən özüm haqqında yazılan kitaba maddi yardım etmək məcburiyyətindəyəm? Əslində ayıbdır ki, mən özüm haqqında yazılan kitaba maddi kömək edirəm amma neyləmək olar. “Bu dünyanın qara daşı göyərməz” kitabım da eləcə. Bir az sponsor bir az da özüm çap etdirdik. Amma satış etmədik. Bütün mətbəələr ya müəllifin öz hesabına kitabı nəşr etdirir, ya da çapı öz öhdəsinə götürərək satışdan gələn gəliri sahiblənir.
Mən heç olmasa deyirəm ki, kitabımı elə bir nəşriyyat çap etdirsin ki, onun o kitabı satmaq üçün kitab dükanı olsun. İşləməyən nəşriyyatları dövlət bağlatdırsın, açsın kitab dükanlarını, hansı yazarın kitabları daha çox satılırsa onun kitablarını çap elətdirsin. Bəlkə onda bəzi qrammafonların qarşısı kəsilə bilər.
- Getdikcə kitab məsələsi arxa plana keçməyə başlayır. Elektron əsri, kompüter dünyası elə bil getdikcə kitablar qarşısında bir sədd çəkir. Bunlar bir yazar olaraq, bir ziyalı olaraq sizi qorxutmurmu?
- Kompüterin insan beyninə, duyğularına çatması, onu əvəz etməsi mümkün deyil. Bundan qorxmaq lazım deyil. Mən o günü arzu edirəm ki, şeiri də kompüterə salıb bal hesablaya biləydilər. Bəlkə onda yaxşı şeiri pisindən ayıraydılar.
- Musa müəllim, Azərbaycan dövlətində Yazıçılar İttifaqı adında bir qurum fəaliyyət göstərir. Çox təəssüflər olsun ki, bu gün bu qurumun haqqında xeyli söz-söhbət gəzir. Bunları yaxşı bir məcraya yönəltmək üçün nə etmək olar?
- Əvvəla mən bir məqama toxunum, bayaq gözəl formatlı kitablardan danışdın. O kitablar gözəl paltarlı qadınlar kimidir. Hansı qadının pulu çoxdur, gözəl geyinir.
Yazıçılar Birliyi barədə mən bir söz demək istəmirəm, niyə əvvəllər bu qurama xalqın böyük inamı vardı, təəssüflər ki, sorada bu inam aradan götürüldü. Onda Yazıçılar Birliyinin şairinə ev tikdirmə ixtiyarı vardı, iqtisadi cəhətdən kömək edirdi, istirahət evlərinə yönləndirirdi. İqtisadi cəhətdən qüdrəti vardı və bu qüdrət alındı əlindən. Bu ənənə indi də bəzi yazıçıların beynində qalıb. Mən sizə bir misal çəkim, o vaxt büdcə məsələsi həll olunanda Yazıçılar Birliyinə və Azərbayan jurnalına pul ayrılmadı. Rəhmətlik Yusif Səmədoğlu da, Anar da o məclisdəydi.Ggördüm, bunlar danışmır. Mən durub təklif elədim ki, axı Yazıçılar Birliyini saxlamaq lazımdır, qurum birdən-birə ayaqda qala bilməz. Düzdür, sonra Rəsul Quliyevin köməkliyi ilə, Yazıçılar İttifaqı siyahıya salındı. Siz bilirsiz ki, Rəsul müəllimin ədəbiyyat söhbətlərində müəyyən nöqtələri var. Hətta şeir də yazır. Məhz onun xahişi ilə Yazıçılar İttifaqı siyahıya salındı.
- Qarşıdan Yazıçılar İttifaqının Qurultayı gəlir...
- Bu qurultayın adı var, özü yoxdur. Elə deyirlər edəcəyik. Özü də Yazıçılar İttifaqının Qurultayında publisistika, nəsr, dramaturgiya və s. hər şey müzakirə olunub, bircə rəhbərlik bir günlük keyf üçün baxırlar yuxarı ki, görək nə deyəcəklər.
- Bu Qurultay olarsa və orada doğrudan da xoş bir aura yaranarsa siz öz namizədliyinizi irəli sürərsinizmi?
- Qətiyyən. Mən nə onu bacararam, nə də işləyərəm. işgüzar adam olsa öz tərəfindən nə isə edər. Şüvəlandakı yaradıcılıq evində 7-8 qaçqın yaşayır. Onlara ev verib, təzədən oranı hasilə gətirib düzəltmək olmaz ki, yazıçı istirahət vaxtı gedib dincəlsin?!
- Biz elə düşünürük ki, kifayət qədər müəyyən məsələlərə toxunduq. Elə bu məqamda istədiyiniz bir şeiri oxucularla paylaşarsızmı?
Qapında əyilib suala döndüm,
Bircə alacağım cavaba görə,
Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə.
Dünyanın gedimi-gəlimi, sənsiz,
Ümiddən üzmüşəm, əlimi, sənsiz.
Daha istəmirəm, könlümü sənsiz,
Biganələr baxıb, xaraba görə.
Güzarın düşməzmi, bir el bağına,
Sevda çiçəklərin düşüb qırğına,
Yamanca tuş oldum, el qınağına,
Təsəlli tapdığım, şəraba görə.
Vallah, bu ürəklər daşdı-dəmirdi,
Bir üzü ağ küldü, biri kömürdü,
İlahi, bu necə yalqız ömürdü,
Qoymaram bu ömrü, hesaba girə.
Öz eşqim yolunda sadiq canam mən,
Heyif oldum həm yanan, həm yanaram mən,
Bəlkə də birinci müsəlmanam mən,
Cəhənnəm çəkirəm səvaba görə.
Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə...
Nigar İsfəndiyarqızı:
- Musa müəllim, siz deyirsiz, o qara daş göyərməyəcək. Biz indi nə edək? O qara daşın ortasından yarıbmı keçək, yoxsa böyründən çayır olub süzüləkmi?
- Onu elə ancaq böyür-başın əkmək lazımdır. Çünki o qara daş göyərən deyil, o taledir. Insan taleyi. Ömrümüz-günümüz, yaşanmışlıqlarımızdır. Bu elə məqamdır ki, tale ilə bağlıdır.
Qara daş bizim əldən çıxan taleyimizdir. Onu göyərtmək mümkün deyil, ancaq yanında gül-çiçək əkə bitirəsən ki, bəlkə təzə ömürlər yaşana.
Min baharın hərarəti yığışa,
Bu dünyanın qara daşı göyərməz.
Ot bitirdi, o cığırım, o izim,
Tufanlanıb çalxalanmaz dənizim,
Daha məndən sevgi umma, əzizim,
Bu dünyanın qara daşı göyərməz...
- Sizi o qədər o alaçıqda gözlədən kimdi?
- Onu desəm ta heç nə. O şeir də zay olur, işlər də.
- Musa müəllim, siz belə bir ifadə işlətdiniz, milli azadlığımızın birinci mərhələsində. Milli hərəkatın ikinci mərhələsi dururmu?
- Birinci mərhələdə dadını gördük. Çox səhvlərimiz, düzlərimiz oldu. Ancaq dünya nə qədər inkişafdadır, mütləq nəsə bir şey olmalıdır. Dostum Rafiqin belə bir sözü var: “dünyanın dəyişildiyini biz qəbul etməsək, dünya bizi qəbul eləməyəcək”.
- Belə halda tövsiyələriniz nədir? Hansı baxışlarla yaxınlaşaq, hansı gedişatlar edək ki, yanlışlıqlar, məğlubiyyətlər olmasın? Axı söhbət təkcə Qarabağdan getmir, Bütöv Azərbaycan var, Turan var. Qəbul edək ki, vaxtilə qoyulan ideologiya çox fərqli idi amma indi maddiləşmələr o qədər önə çıxıb ki, mənəviləşmələr çox zəifdir. Hətta avropalılar bizə deyirlər ki, “biz sizi sizin özünüz kimi görmək istəyirik, öz milli dəyərlərinizlə, milli adət-ənənələrinizlə görmək istəyirik. Biz indi sizi bizim çox öncələrimizdən, 50-ci illərdəki kimi görürük, biz artıq onu keçmişik və indi özümüz də o dövrü sevmirik.” Baxın, dünya belə bizi özümüz kimi görmək istəyirsə...
- Baxın, Milli Məclis qərarlar qəbul edir. Mən həmişə Murtuz müəllimə deyirdim ki, ay Murtuz müəllim, qadası, biz adicə adamıq e, adi adamsa bir daşı atanda belə onun hara düşdüyünə baxır. Bu qanunları qəbul edəndə hara düşdüyünə niyə baxmırıq? Ancaq çox möhkəm qanunlar olmalıdır, ancaq ən böyük vətəndaşlığımız olmalıdır, ən böyük dərd budur ki,
Sünbül-sünbül tarladan,
Bir dən sənin olmasın.
Adın vətəndaş olsun,
Vətən sənin olmasın...

Müsahibəni götürdülər:
Xanəmir Telmanoğlu,
Nigar İsfəndiyarqızı
Xanəmir Telmanoğlu,
Nigar İsfəndiyarqızı
Bu xəbər oxucular tərəfindən 1340 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |