Şrift:
Ermənistan 3 milyard itirəcək
25.11.2014 [11:54] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulması pul itkisinə səbəb olacaq
Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması onun 3 milyard dollar itirməsinə gətirib çıxaracaq.
Bu barədə erməni ekspert Aşot Tavadyan söyləyib. O qeyd edib ki, bu gün Ermənistandan praktik olaraq bütün hazır məhsullar Rusiyaya ixrac edilir.

Ekspertin sözlərinə görə, Ermənistan enerji cəhətdən də Rusiyadan asılıdır: "Biz nüvə yanacağının 100% və qazın 90% bu ölkədən idxal edirik", deyə ekspert bildirib.

Avrasiya İqtisadi İttifaqına inteqrasiya proseslərinə həsr olunmuş parlament dinləmələri zamanı danışan ekspert ölkənin Rusiyadan asıllığını gözlər önünə sərib.

Aşot Tavadyan qeyd edib ki, Ermənistana investisiyaların və şəxsi pul transfertlərin də böyük bir hissəsi Rusiyadan gəlir: "Enerjidaşıyıcılarına gəlincə, biz hər min kubmetr qazı 189 dollara alırıq. Bu beş il ərzində erməni istehlakçılarına 1 milyard dollar qənaət etməyə imkan verəcək".

Erməni ekspert bildirib ki, rəsmi statistikaya görə, Ermənistanın real sektorunda Rusiyanın xarici investisiyaları təxminən 512 mln. dollar təşkil edib. Yanvar-iyun ayları ərzində isə Ermənistanın real iqtisadiyyat sektoruna xarici investisiyaların ümumi axını 2014-cü ildə təxminən 1 milyard dollar təşkil edib.

Rusiyadan Ermənistana şəxsi pul transfertləri isə yanvar-sentyabr ayları ərzində 1 milyar dolları ötüb.
Bu xəbər oxucular tərəfindən 1030 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed