Şrift:
Təhsil Nazirliyindən təşviq
25.11.2014 [12:00] - Gündəm, Sosial
Orta məktəblərdə mühəndisliyi təşviq edən seminarlar keçirilib
Təhsil Nazirliyinin dəstəyi ilə orta məktəblərdə mühəndisliyi təşviq edən seminarlar keçirilib.

“BP-Azerbaijan” şirkətinin yeni təşəbbüsü Bakının orta məktəblərindən seçilmiş 200-ə yaxın yuxarı sinif şagirdini əhatə edib.

Yüksək potensiala malik və texniki fənlərə maraq göstərən 8-10-cu sinif şagirdlərinin cəlb olunduğu təşəbbüs “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi tərəfindən həyata keçirilib.

Təşəbbüs çərçivəsində məktəblilərə gələcək karyera istiqamətlərini seçməkdə kömək etmək məqsədilə bir sıra seminarlar keçirilib. Seminarlarda iştirakçılara peşəkar mühəndislərdən onların təcrübəsi və bilikləri haqqında geniş məlumat almaq, habelə BP-nin Azərbaycanda əməliyyatçısı olduğu layihələrdə mühəndislik sahəsindəki imkanlar barədə məlumat əldə etmək üçün əlverişli şərait yaradılıb.

Seminarların proqramı mühəndislik ixtisasları üzrə təqdimatlar, BP-nin təcrübəli mühəndislərinin karyeraları ilə bağlı maraqlı söhbətlər, interaktiv simulyasiya oyunları, habelə iştirakçılar üçün xüsusi tərtib edilmiş psixoloji və qabiliyyət testlərindən ibarət olub.

Seminarlar başa çatdıqdan sonra bütün iştirakçılara şəhadətnamələr, ən uğurlu şagirdlərə isə mükafatlar təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 965 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed