Şrift:
Bakıda Əli Tudənin 90 illik yubileyinə həsr edilmiş təntənəli mərasim keçiriləcək
25.11.2014 [12:22] - Gündəm, Güney Azərbaycan xəbərləri, Mədəniyyət
Noyabrın 26-da R. Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan mühacir ədəbiyyatının tanınmış nümayəndəsi, ictimai xadim Əli Tudənin 90 illik yubileyinə həsr edilmiş təntənəli mərasim keçiriləcək.

APA-nın məlumatına görə, yubiley tədbirində şairin həyat və yaradıcılığından söhbət açılacaq, əsərlərindən nümunələr səsləndiriləcək.

Qeyd edək ki, Ə. Tudə 1924-cü il yanvarın 31-də Bakıda anadan olub, 1938-ci ildə İrana sürgün edilib. Ə. Tudə İran tarixində ilk dəfə Təbrizdə Milli Filarmoniya yaradıb, onun ilk və son müdiri olub. Şair 40-a yaxın kitabın müəllifidir. Ə. Tudə 1996-cı il fevralın 26-da Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Bu xəbər oxucular tərəfindən 817 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed