28.09.2011 [10:52] - Gündəm
Azərbaycan paytaxtında küçədən körpə tapılıb. Bu barədə Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindən bildirilib. Məlumata görə, bu gün səhər saatlarında Kübra Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun (OMD) qarşısında bir ayı hələ tamam olmamış qız uşağı aşkarlanıb. Dərhal əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Körpənin kimin tərəfindən həmin əraziyə atıldığı məlum deyil. Uşağın valideynləri tapılmasa, o körpələr evinə veriləcək.
Fakta bağlı araşdırma aparılır.
Fakta bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 1177 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |