Şrift:
Cənubi Koreyanın baş naziri Azərbaycanda səfərdədir
27.11.2014 [11:57] - Gündəm, Siyasət
Səfər çərçivəsində Çunq Honq-Von Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək

Cənubi Koreyanın baş naziri Çunq Honq-Von Azərbaycanda səfərdədir.

APA-nın xəbərinə görə, səfər zamanı Ç. Honq-Von Azərbaycan prezidenti İlham Əliyevlə, habelə baş nazirin I müavini Yaqub Eyubovla görüşəcək.

Görüşlər zamanı ikitərəfli iqtisadi münasibətlərin inkişafı və digər əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Cənubi Koreyanın baş naziri “Azərsu” ASC-də olacaq, habelə Dənizkənarı Milli park, Xalça Muzeyi və İçəri Şəhərlə tanış olacaq.
Bu xəbər oxucular tərəfindən 1147 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed