Şrift:
Merkel Putindən niyyətini açıq deməyi tələb edib
28.11.2014 [11:28] - Gündəm, Siyasət
Britaniya mətbuatı yazır ki, "Böyük 20-lər"in bu ayın ortalarında Avstraliyada keçirilmiş sammitindən (zirvə görüş) əvvəl Merkel Putinlə tam təkbətək, yəni tərcüməçilərsiz söhbət edib.
Bəzi məlumatlara görə, Merkel Putindən Ukraynadan və digər keçmiş sovet ölkələrindən konkret nə istədiyini açıq deməsini tələb edib.

Almaniya nümayəndə heyətindəki mənbədən alınmış məlumata görə, həmin söhbət olduqca əsəbi başa çatıb.

"Reuters" agentliyi bildirir ki, söhbət zamanı Putin tam müdafiə və özünü təmizə çıxarma mövqeyi tutub.

Həmçinin Almaniya kansleri (sədr-i əzəm) Putin haqqında çox ilginc sözlər söyləyib. O "The New Yorker" qəzetinə verdiyi müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə mühasibətlərindən danışıb.

Merkel, Putinlə son illər aralarında yaranmış dostluq münasibətlərindən danışaraq bildirib ki, Obamaya "həvəssiz hörmət" bəsləsə də, Rusiya prezidenti Vladimir Putinə "dərin inamsızlıq və etibarsızlıqla" yanaşır.

Merkel bu keçmiş KQB zabitinə (əfsər) etibar etməyin mümkün olmadığını vurğulayıb.

"Onun 2001-ci ildə Bundestaqda çıxışından sonra mən bir şeyi dəqiq anladım, bu oğlana etibar etmək olmaz", deyə Merkel bildirib.
Britaniya mətbuatı yazır ki, "Böyük 20-lər"in bu ayın ortalarında Avstraliyada keçirilmiş sammitindən (zirvə görüş) əvvəl Merkel Putinlə tam təkbətək, yəni tərcüməçilərsiz söhbət edib.
Bəzi məlumatlara görə, Merkel Putindən Ukraynadan və digər keçmiş sovet (Şurəvi) ölkələrindən konkret nə istədiyini açıq deməsini tələb edib.

Almaniya nümayəndə heyətindəki mənbədən alınmış məlumata görə, həmin söhbət olduqca əsəbi başa çatıb.

"Reuters" agentliyi bildirir ki, söhbət zamanı Putin tam müdafiə və özünü təmizə çıxarma mövqeyi tutub.

Həmçinin Almaniya kansleri Putin haqqında çox ilginc sözlər söyləyib. O "The New Yorker" qəzetinə verdiyi müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə mühasibətlərindən danışıb.

Merkel, Putinlə son illər aralarında yaranmış dostluq münasibətlərindən danışaraq bildirib ki, Obamaya "həvəssiz hörmət" bəsləsə də, Rusiya prezidenti Vladimir Putinə "dərin inamsızlıq və etibarsızlıqla" yanaşır.

Merkel bu keçmiş KQB zabitinə etibar etməyin mümkün olmadığını vurğulayıb.

"Onun 2001-ci ildə Bundestaqda çıxışından sonra mən bir şeyi dəqiq anladım, bu oğlana etibar etmək olmaz", deyə Merkel bildirib.
Bu xəbər oxucular tərəfindən 722 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed