Şrift:
Güney Azərbaycanın gənc yazarlarından yeni əsərlər.
29.11.2014 [10:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İstedadlı qələm sahibi Nazilə Cavadbəylinin Səməd Behrənginin "Balaca Qara Balıq" əsərindən ilham alaraq farsca yazıb yaratmış olduğu bədii əsər İranda, Exter yayınevi tərəfindən bu günlərdə yayınlanmışdır. Bu kitap ictimai sorunları ələ alaraq bədii dillə incələyir. Çıxış yolunu ixtilaflara son qoyub birləşməkdə görür.

Eyni zamanda xatırladırıq ki, Nazilə və onun kiçik qardaşı Araz bəyin birgə çevirdikləri "Anadolu Fatihi Alparslan" kitabı da 4-5 ay öncə Təbrizdə yayınlanmışdır.

Hər iki yaradıcı gəncimizin uğurlarının davamını gözləyirik.
Bu xəbər oxucular tərəfindən 914 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed