Şrift:
Ukrayna Müstəqil Dövlətlər Birliyini tərk edir
29.11.2014 [11:08] - Siyasət
Ukrayna Ali Radasında ölkənin Müstəqil Dövlətlər Birliyi Təşkilatıının (MDB) bütün struktur (saxtar, yapısal) və orqanlarında fəaliyyətinin dayandırılması ilə bağlı qanun layihəsi qeydiyyata alınıb.
Bu barədə azvision.az Ukrayna KİV-nə (kütləvi informasiya vasitələri) istinadən xəbər verir.

Qanun layihəsinin 10 müəllifi var: “Batkivşina” partiyasından Yuliya Timoşenko, Boris tarasyuk, İvan Krulko, İqor Jdanov, Alena Şkurum, Andrey Kojemyakin, Serqey Evtuşok, “Pyotr Poroşenko bloku”ndan Ukrayna prezidentinin Krım-tatar xalqı üzrə nümayəndəsi Mustafa Cəmilyev, Valiriy Paçkan, “Xalq Cəbhəsi” partiyasından isə Vyeçeslav Kirilenko.

Qanun layihəsinin mətni hələlik açıqlanmır.

Qeyd edək ki, Ukraynanın MDB-yə üzvlüyünün dayandırılması məsələsi son aylar ərzində aktiv şəkildə müzakirə olunur. Ukrayna prezidenti Pyotr Poroşenko oktyabrın 10-u MDB hökumət başçılarının Belarusun paytaxtı Minskdə keçirilən iclasında da iştirak etməyib. Sammitdə (zirvə görüş) Ukraynanın maraqlarını bu ölkənin Belarusdakı səfiri Mixail Yejel təmsil edib.
Bu xəbər oxucular tərəfindən 932 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed