Şrift:
Qərbi Azərbaycan - indiki Hayastanda Türk soyqırımı... IX HİSSƏ
27.12.2011 [03:47] - Güney Azərbaycan xəbərləri, Qərbi Azərbaycan-İrəvan
Oğuz yurdunda quraşdırılmış for-post keçid zona - “ölkə” - Ermənistan

Digər tərəfdən bu kitablardan özləri bildikləri kimi istifadə edir, mətnləri, tarixi faktları, tayfa adlarını, tarixi şəxs adlarını, şəhər, qala-dövlət və s. adları, mətnin dilini qəsdən təhrif edir, erməniləşdirir, qarışdırırlar ki, dolaşıqlıq yaransın, həqiqət üzə çıxmasın. (Adərpatakan, Qanzas, Bakunakert, Arsax, Şuşanik, Ararat və s.) O kitablara müraciət açıq olsa, mütəxəssislər çox asanlıqla o kitabların və o yazıçıların kimə mənsub olduğunu aşkarlayar, hay - erməni olmadığnı hər kəsə sübut edərlər. Erməni ədəbiyyatı adı altında bilinən ədəbiyyat ərəblərin qurduğu “Ərməniyyə coğrafiyası ”nda yaşayan, yazıb-yaradan xristian dininə mənsub olan müxtəlif adlar altında yaşayan türk tayfalarının, bəzən xristian türk ailələrin və daha çox qədim Alban dilində və Alban əlifbası ilə yazılmış xristian-qıpçaq ədəbiyyatıdır. Bu müəlliflər xristian dininin daha çox provoslav-ortadoks məzhəbinə mənsub olduqlarına görə o kitabları hay dilində yaza bilməzdi, bir də buna görə ermənilər o kitabları zəncirli, gizlin saxlayırlar. Haylar qədim Alban və Gürcü əlifbasında yazılan ədəbiyyata - hazır xristian ədəbiyyatına sahib çıxdılar. Əsl həqiqətdə gürcü və erməni-hayların bu gün özlərininki kimi iddia etdikləri ədəbiyyat Alban əlifbası ilə yazılmışsa necə ola bilər ki, bu ədəbiyyat hay və ya erməni ədəbiyyatı olsun. Digər cəhətdən artıq qeyd etdim ki, Albanlar və bu gün gürcü adlanan digər Türk tayfaları xristian dininin ortodoks məzhəbini qəbul etmişdilər. Onlar Qriqoryan deyildilər. Əgər biz Qərbi , Cənubi və Şimali Azərbaycan-Türk xalqı bu gün xristian dinində qalsaydıq, Xristian ədəbiyyata iddia hüququmuz daha çox olacaqdı, biz Albanların xristan varisləri olacaqdıq və bu aspektdən bu günkü hayeslər Ərməniyyə ədəbiyyatını öz adlarına çıxa bilməyəcəkdi, yəni xristian olduğumuz təqdirdə “erməni ədəbiyyatı” və “erməni yazıçıları ” birbaşa bizə məxsus olacaqdı. Yəni Alban-qıpçaq ədəbiyyatı olduğu üçün tatar, mişar, kumik, göy sak - qazax və o cümlədən Azərbaycan xalqına məxsus olacaqdı. Biz bu gün dovlətimizin adını dəyişib Alban dövləti qoysaq erməniləri büsbütün tərki-silah etmiş olarıq. Alban ədəbiyyatı və hətta siyasi tarixinin birbaşa sahibi biz olarıq və bunu heç bir çətinlik çəkmədən sübut edə bilərik.Əgər adımız Alban olsa halal-haqqımızı alarıq, bizə kimsə mane ola bilməz. Qədim Bizans və ərəb mənbələri Alban xalqlarının türk mənşəli olması haqqında saysız-hesabsız məlumatlar vermişlər.

Biz islamı qəbul etdiyimiz üçün, təxminən 1000 illik xristian ədəbiyyatımızdan zorla imtina etdik. Demək, əgər biz xristian dinində qalsaydıq, dünya o ədəbiyyatı bu günkü adımızla qədim AZƏRBAYCAN ƏDƏBİYYATI kimi tanıyacaqdı. Ancaq bu məsələni qaldırmaq bu gün də gec deyildir. Təbii ki, ədəbiyyatın adı erməni ədəbiyyatı olmayacaqdı. Bu gün də onlar bu ədəbiyyatı nə qədər gizləsələr belə yenə də o ədəbiyyat erməni ədəbiyyatı deyildir, ona Alban ədəbiyyatı deyirlər. Hətta bəzi xarici ölkələrin kitabxanalarında rast gəlinən alban ədəbiyyatını ermənilər “Erməni Qıpçaq ədəbiyyatı” kimi təqdim edirlər. Çox gülməlidir-erməni qıpçaq ədəbiyyatı... Söhbət dünyanı dolaşdırmaqdan, dünyanı aldatmaqdan gedir - belə baxanda hər kişinin elə imkanı yoxdur ki, gedib dünya kitabxanalarını təftiş edib öyrənsinlər ki, ermənilər düz deyir, yoxsa yalan deyir. İnsan bu işi vicdanın ixtiyarına buraxır. Daşnak-faşist ermənidə isə ziyalı vicdanı yoxdur. Onların vicdanı qəsbkarlıq, işğal, oğurluq, onun-bunun, güclü olkələrin boşqabının dibini yalamaqdır. Demək ki, biz xristian qalsaydıq həmən Alban ədəbiyyatı bu gün Azərbaycan, ya da Xristian-Türk ədəbiyyatı olacaqdı. (Kəraimlərin bir hissəsi, Kozaklar, Qaqauzlar, Çuvaşlar, Pomaklar, Krişyan tatarlar elə deyilmi-xristian deyilmi?! ) Çünki Albanların vərəsələri olaraq daha çox bizim müəlliflik və sahiblik haqqımız ortada olacaqdı. İslam səbəbindən biz bu qədim mədəniyyətimizdən ayrıldıq. Amma biz sübut etməliyik ki, qədim Alban və Şirvan xalqlarının əsl vərəsələri bizik, bu gün Moskvanın uydurma havadarlığı ilə erməni-alban ədəbiyyatı deyilən ədəbiyyatı - Albanistikanı Yerevanın qarantiyasına versələr də o ədəbiyyatın və tarixin da doğma sahibi bizik.

Demək, o cümlədən bu gün erməni əlifbası kimi tanınan əlifba, keçmiş 52 hərfli alban əlifbasının bazasında yaranmış olsa da tarixən o işarələrin müəllifi Göy Sak əcdadlarımızdır. Düşünürəm ki, əski qipçaq-türk dilində yazılmış bu ermənilərin oğurladıqları ədəbiyyatı biz “Azərbaycan Xristian Mədəniyyəti ” adlı bir paraqrafda elmi-tədrisə cəlb edək, bu mövzularda doktorluq dissertasiyaları yazaq və biz bütün dünyadan “erməni-qıpçaq ədəbiyyatı”adı ilə təqdim edilən öz ədəbi-bədii, elmi-tarixi haqqımızı-irsimizi geri alaq, dünya görsün ki, xristian dini bizim üçün keçilmiş bir dini şüur mərhələsidir- yəni biz sonuncu dini şüur mərhələsinə daxil olmuşuq, xristianlar bizdən bir addım geridə qalıbdır. Ermənilər isə ümumiyyətlə xristian deyillər - qriqoryandırlar, xristian dininin ümumi kanonik postulatlarını qəbul etməmişlər, onlar özlərini dini sektaya bağlamışlar.

Uzun sözün qısası, bu hay-ermənilər İngiltərənin, Fransanın, Rusiyanın (burada həm çar Rusiya, həm də kommunist Rusiyasının ciddi köməyini nəzərə almaq lazımdır) çox yaxından maliyyə və hərbi-siyasi yardımları sayəsində Qərbi Azərbaycan Yerində 1923-cü ildə 19 min kv.km. oyuncaq dövlət qurumu yaratdılar. Ancaq qan içində, xəyanətlərlə qurulmuş ölkədir deyə, qurulduğu gündən bu günə qədər başı bəladan, qeylü-qaldan əskik olmur. Ölkənin ictimai quruluşunun sosialist olması, rəhbərlikdə isə kommunistlərin olması heç nəyi dəyişmədi, ölkə büs-bütün antitürk siyasi şüarları Daşnak-sütun partyasından alırdı, daxili və xarici yönətim-idarəetmə siyasəti isə birbaşa qriqoryan kilsəsindən, katalikosdan gəlirdi. Moskvada yerləşən erməni lobbisi sovet rəhbərlərindən biri olan A.Mikoyanla birlikdə Daşnak-sütun partyasının gizli proqramını həyata keçirtməyə başladılar. Məhz bu plan üzrə 1923; 1933; 1943-44; 1952-53; 1957-58; 1962-63;1972-73; 1988-89 illərdə təxminən hər on ildən bir A.Mikoyanın, tarixçi Şaumyanın, onların ölümündən sonra isə Şahnəzərovun, Baqramyanın, Gevorqyanın, Aqanbekyanın, Alixanyan-Boner-Saxarovanın...və s. və il. ( Şahnəzərov sovet dövlət rəhbərinin yanında şəxsi rabitə şöbəsinin rəisi idi), Aqanbekyanın (o Qorbaçovun iqtisadi məsələlər və yenidənqurma üzrə məsləhətçisi idi) havadarlığı ilə Azərbaycan Türklərini Ermənistandan qovdular. 300.000.000 yaxın Azərbaycan Türkü orada yaşadığı halda 1923- ildən 1989 -cu ilə qədər onları tarixi vətənində qətliam etdilər, sözün tam mənasında soyqırıma məruz qoydular, sağ qalanları isə qovdular. 1989-cu ildə ermənistandan milliyətcə Azərbaycanlı vətəndaşları qovularkən onların sayı rəsmi statistikaya görə cəmi 260.000 nəfər idi. Əslində isə ən azı 500.000 nəfər idi. Erməni rəsmi dairələri Azərbaycan millətindən olan vətəndaşların həqiqi sayını belə gizli tutur və onların sayını olduqca az göstərirdilər. Bu azmış kimi erməni lobbisinin və sovet ordusunda işləyən yüksək vəzifəli erməni generallarının təhriki və təşkilatı yardımı ilə 1991-ci il yanvarın 20-dən 21- keçən gecə, 17 minlik motorlu-atıcı qoşunla gecə yarısı saat 12-dən səhər saat 07-yə qədər sovet ordusu Bakıya hücum etdi. Bir neçə saat ərzində 730 (rəqəm dürüst deyil) nəfər şəxs qətl edildi, minlərlə insan güllə yarası aldı, yaralandı, şikəst oldu. Onlarla soydaşımız vertolyotlarla dənizə atdılar. Bu sətirlərin müəllifi olan mən dənizə atılmış soydaşlarımızın şişib su üzünə çıxdıqdan sonra uzun şişlərlə onları deşib batırmaq üçün maşınlarla sahilə, oradan isə qayıqlarla dənizə getdiklərinin şahidi olmuşam. Sonra mən yerli balıqçılardan dəqiq öyrəndim ki, bu əsgərlər su üzünə çıxmış cəsədləri batırmaq üçün dənizə gediblərmiş. O zaman mən Şüvəlanda Səməd Vurğun adına Yaradıcılıq Evinin (Pansonat) direktoru işləyirdim. Sovet qoşunlarının bir hissəsi burada dislokasiya edilmişdi. Uzun armaturlar kəsib, ucunu yonub biz kimi etmişdilər. Beləcə mənim gözümün qabağında qış ayı olsa da sovet əsgərləri açıq bortlu yük maşınlarına minib dənizə getdilər... Onların arasında Rusiyada yaşayan ermənilər də var idi.

Əli KƏrimbəyli /AMEA/
Bu xəbər oxucular tərəfindən 1698 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed