Şrift:
ABŞ-da irqi ayrı-seçkilik bizi narahat edir
29.11.2014 [13:05] - Gündəm, Siyasət
Amerika xalqı şükran günü ilə əlaqədar bayram ab-havasına bürünsə də, Ferquson hadisələri ilə əlaqədar insanların qəzəbi hələ ki, soymayıb.

Bir müddət əvvəl qaradərili gəncin öldürülməsi ilə əlaqədar başlayan etiraz yürüşləri ötən gün də davam edib. Çikaqo şəhərininin mərkəzi küçələrindən birində toplaşan fəallar gəncin qətlində ittiham olunan polis əməkdaşının hələ də azadlıqda olmasına qarşı şuarlar səsləndiriblər. Fəallar Missuri məhkəməsinin cinayətə dair qəbul etdiyi qərarını boykot ediblər.

Maykl Braun adlı qaradərili gənc Missuri ştatının Ferquson şəhərində avqust ayında polis tərəfindən öldürülmüşdü. Braun ailəsi qətlin irqçilik zəminində baş verdiyini iddia edir. Polis əməkdaşı Darren Uilson isə, Braunun zorakılıq törətməsi və onun üzərinə silah çəkməsini əsas gətirərək şübhəliyə atəş açdığını bildirib.

Missuri məhkəməsi hadisə ilə əlaqədar polisə qarşı qaldırılan ittihamları rədd etmiş, nəticədə Ferquson və digər şəhərlərdə zorakılıq halları qeydə alınmışdı.

Hadisə, eyni zamanda, Avropa telekanallarının gündəmindədir. Rusiyanın Rossiya 1 telekanalı Ferqusonda baş verən hadisələri Ukraynanın paytaxtı Kiyevdə hökumətin devrilməsi ilə nəticələnən hadisələrlə müqayisə edib. Rusiya mediya nümayəndələri ölkədə baş qaldıran zorakılıqları Amerika demokratiyasına “şillə” kimi təsvir edib və hadisələrin nəzarətdən çıxa biləcəyini deyiblər.

Birləşmiş Millətlər Təşkilatı paneli ötən gün keçirilən iclasda Amerikada polis zorakılıqlarının artdığına diqqət çəkib.

“Polis zorakılıqları ilə əlaqədar komitəyə çoxlu sayda məruzələr daxil olub. Bu hər kəsi narahat edir. Əsasən, bəzi zəif etnik qruplar, qaradərililər polis zorakılıqlarına daha çox məruz qalırlar. Komitə rəsmiləri bu halların araşdırılmasına ehtiyac duyur”

Komitə rəsmiləri, eyni zamanda, Venesuela və Ukraynada da oxşar halların müşahidə olunduğunu vurğlayıb.
Bu xəbər oxucular tərəfindən 826 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed