Şrift:
“Fransa dövləti hesab verməlidir”
27.12.2011 [03:58] - Siyasət
Davud Turan: ”Dünya ictimaiyyəti Fransanın Əlcəzair, Vyetnamda, Afrikada hansı qırğınlar törətdiyini yaddan çıxarmayıb”

Fransa siyasətçilərinin bu addımı onu göstərir ki, onlar yalancı qondarma tarixi siyasətə qurban vermək istəyirlər.
Bu sözləri “davam”a Amerikadan Güney Azərbaycan Sosial və Mədəniyyət Araşdırmalar Mərkəzinin sədri, politoloq Davud Turan Fransa parlamentinin “Erməni soyqırımı” məhfumunun inkarına cəza nəzərdə tutan qanun layihəsinin müzakirəsinə cavab olaraq bildirib:
“XX əsrin əvvəllərində Fransa siyasətçiləri fransalı missionerlərin planları ilə hərəkət edən erməni terrorçularının Urmu, Xoy və Salmasda hansı qətliamlar həyata keçirdiklərini yaddan çıxarmamalıdırlar. Bu toplu cinayətlərin sənədləri qalır və bunlar sözdə Fransa demokratiyasını rüsvay edən sənədlərdir. Əgər, Fransa parlamenti bu qanunu qəbul edərsə, bu dövlətə olan inam itəcək və Fransanın demokratiyası, insan hüquqlarına olan sayğısı sual altında qalacaq”- deyə, politoloq qeyd etdi.
Politoloq onu da əlavə etdi ki, dünya Fransa ordusunun Vyetnam, Əlcəzair və başqa Afrika ölkələrində törətdiyi soyqırımları yaddan çıxarmayıb.
“Bu gün fransalı əsgərlərin Əfqanıstan və İraqda işlədikləri cinayətlər unudulmayıb və Fransa dövləti bu törətdiyi insanlıq cinayətləri qarşısında hesab verməlidir”- deyə, Davud Turan bildirdi.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1226 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed