Şrift:
N.B.Vəzirovun indiyədək işıqüzü görməyən əsəri çap edilib
01.12.2014 [12:08] - Xəbərlər, Mədəniyyət, Bildiriş
Milli mədəniyyətimizin, ədəbiyyatımızın, tariximizin müqəddəs məkanı olan AMEA M.Füzuli adına Əlyazmalar İnstitutundakı yazılı abidələr təkcə xalqımızın deyil, Yaxın Şərqin orta və sonrakı yüzilliklərdəki ictima-siyasi vəziyyətini öyrənmək baxımından qiymətli mənbələrdir.
Belə qiymətli mənbələrdən biri də görkəmli ədib Nəcəf Bəy Vəzirovun şəsxi fondunda saxlanılan meşə təsərrüfatına dair qiymətli bir vəsait olan “Palıd” elmi əsəridir. Qeyd edək ki, N.B.Vəzirovun ümumi yaradıcılığı ətraflı öyrənilib, tədqiq edilsə də, ancaq bu əsər haqqında bir-iki məqaləni çıxmaqla, indiyə kimi bütöv şəkildə nəşr edilməmişdir.
Azərbaycan dilində ərəb əlifbası ilə yazılan bu əsəri M.Füzuli adına Əlyazmalar İnstutitunun Şəxsi fondların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədova işləyərək nəşrə hazırlamışdır.
“Palıd” elmi əsəri Azərbaycanda meşəçiliyin inkişafı üçün çox dəyərli bir vəsaitdir. Burada çürümüş ağacların böyüməsi, növləri, onlara qulluq, yaşı və xüsusiyyətlərini öyrənmək, meşə torpağının dərinliyi, rütubətliliyi əsasında ağacları təyin etmək, ağacların yaşını və kölgəyə davamlılığını təyin etmək, kölgəyə davamlı ağacları təsvir etmək və s. kimi mövzuları əhatə edir.
Qeyd edək ki, “Palıd” elmi əsəri meşə təsərrüfatı sahəsində çalışan işçilər və bu yöndə tədqiqat işləri aparan elmi işçilər üçün əvəzsiz bir vəsaitdir.
Bu xəbər oxucular tərəfindən 961 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed