01.12.2014 [12:20] - Sosial, Gənclik
Qəbulda maksimum nəticə göstərən Qoşqar Qadimbəyli sirrləri açdı
Bu tədris ilində 700 bal toplayaraq ali məktəbə qəbul olan daha bir gənclə oxuçularımızı tanış edirik. Bu, Qədimbəyli Qoşqar Azər oğludur. 1997‐ci ildə Bakı şəhərində anadan olan Qoşqar V sinfə qədər təhsilini Bakı şəhəri 245 saylı tam orta məktəbdə, sonra isə 287 saylı “Zəkalar” liseyində alıb. 2014‐cü ildə həmin liseyi qızıl medalla bitirib. Riyaziyyat fənni üzrə rayon və şəhər olimpiadalarının qalibi olub. Builki qəbul imtahanında II ixtisas qrupu üzrə 700 bal toplayaraq “ADA” Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olub. Prezident təqaüdçüsüdür.
-Məktəbdə əla oxumağına hansı amillər təsir edib?
– Birinci sinfə gedəndən məktəbi bitirənədək valideynlərim mənim təhsilimə həmişə çox ciddi yanaşıblar. Onlar gündəlik işlərinin bir hissəsi kimi hər gün müəllimlərin verdiyi tapşırıqları mənim necə yerinə yetirməyimlə maraqlanırdılar. Bu da məndə dərslərə həm
məsuliyyət, həm də həvəslə yanaşma hissi yaradırdı. Yaxşı təhsil almağımda “Zəkalar” liseyinin rolunu xüsusi vurğulamaq istəyirəm. Orada elə bir mühit vardı ki, ya oxumalıydın, ya da məktəbdəki proseslərdən kənarda qalmalıydın. Şagirdlər arasında ciddi rəqabət var idi. Hamı bilik səviyyəsinə görə bir‐birini ötməyə çalışırdı. Müəllimlərimiz bilik yarışları təşkil edir və qaliblərə xüsusi diqqət ayırırdılar. Buna görə də hamı qalib olmağa çalışırdı. Bizə daim belə bir fikir aşılanırdı ki, bura təhsil ocağıdır və sizin burada işiniz oxumaqdan ibarət olmalıdır. Bütün bunlar mənim əla oxumağıma təsir edirdi.
- Sinif yoldaşlarının qəbul imtahanında göstəriciləri necə oldu?
– Qeyd edim ki, uşaqların, demək olar, hamısı yaxşı oxuyurdu və ali məktəbə qəbula ciddi hazırlaşırdı. Nəticədə 2 nəfər 700, 6 nəfər 650‐dən artıq bal topladı. Yarıdan çoxu isə 600‐650 arası nəticə göstərdi. Sinif yoldaşlarımın hamısı arzu etdikləri ixtisaslara qəbul olublar.
- Gənclərin əksəriyyəti repetitorla hazırlaşmağı qəbula hazırlıq üçün vacib amil hesab edir. Sən bu haqda nə deyərdin?
– Ali məktəbə qəbul olmağın təməlini orta məktəbdə qazanılan bilik təşkil edir. Belə düşünmürəm ki, orta məktəbi yaxşı oxumayıb son siniflərdə repetitor yanına getməklə yüksək uğur əldə etmək olar. Mütləq əvvəldən məqsədli şəkildə dərslərini yaxşı oxumalısan.
Mən yalnız 11‐ci sinifdə oxuyanda repetitor yanına getmişəm. Bu müddətdə oxuduqlarımı təkrar edirdim. Sistemli olaraq hazırlaşmağı, test tapşırıqları ilə işləməyi, çətin mövzu və sualların izahı üçün repetitor xidmətindən istifadəni faydalı hesab edirəm.
- Səncə, imtahana səmərəli hazırlaşmağın ən effektiv üsulu hansıdır?
– Hazırlığı qəbul proqramı üzərində qurmaq lazımdır. İmtahanda təqdim olunan bütün suallar məhz qəbul proqramı əsasında hazırlanır. Bunu nəzərə alıb proqramı tam mənimsəyəndə suallar adama heç də çətin gəlmir. Mənim üçün hazırlıq vaxtı məktəb
dərslikləri ilə yanaşı, TQDK‐nın nəşr etdiyi jurnallar, dərs vəsaitləri, test kitabçaları da başlıca mənbə idi. Abituriyentlər bu vəsaitlərdən sistemli istifadə etməklə tam və ətraflı məlumat əldə edə bilirlər. Həmin məlumatları diqqətlə öyrənən gənclər imtahan fənlərinin məzmunu ilə yanaşı, onun texnoloji tərəflərinə də hazırlıqlı olurlar.
- Seçdiyin ixtisas haqqında nə deyərdin?
– “Beynəlxaq münasibətlər” ixtisasını öz arzumla seçmişəm. Valideynlərim də seçimimi dəstəkləyiblər. İmtahanda topladığım bal da imkan verdi ki, arzularımın reallaşması istiqamətində ilk pilləni keçim. “Beynəlxalq münasibətlər”, əslində, diplomatiya ixtisasıdır.
Hər hansı bir xarici ölkədə öz vətənini təmsil etmək, onun milli maraqlarını qorumaq xüsusi bir vəzifə olmaqla yanaşı, həm də vətənpərvərlik borcudur. Bu sahədə çalışmaq üçün xarici siyasətlə yanaşı, öz ölkənin tarixini, mədəniyyətini də dərindən bilməlisən. Çalışacağam ki, təhsil müddətində yüksək səviyyədə ixtisaslaşım. İngilis dilini bilirəm. Bundan sonra bu dilə daha mükəmməl yiyələnəcəm. Amma diplomatiya sahəsində çalışmaq üçün bir xarici dil bilmək kifayət deyil. Әn azı bir‐iki dil də öyrənməliyəm. Təhsil alacağım “ADA” Universiteti Azərbaycanda xarici siyasət üzrə kadr hazırlığını həyata keçirir. Orada xarici siyasət sahəsində böyük təcrübə keçmiş mütəxəssislər çalışır. Xarici tələbələrin də bu təhsil ocağına marağı böyükdür. Oxuduğum müddətdə “ADA” Universitetinin yaratdığı imkanlardan maksimum yararlanmağa çalışacam. Magistr təhsilimi isə xarici ölkələrin birində almaq niyyətindəyəm.
- Bir gənc olaraq öz yaşıdlarını, ümumiyyətlə, Azərbaycan gəncliyini necə görmək istəyirsən?
– Hər bir gənc cəmiyyət üçün gərəkli olmalıdır. Ölkəsinin tarixini, mədəniyyətini, adət‐ ənənələrini dərindən bilməlidir. Malik olduğu istedadı ölkəsinin marağı üçün sərf etməlidir.
Bu gün gənclərimiz idman sahəsində böyük uğurlar qazanırlar. Bayrağımızı beynəlxalq səviyyəli idman yarışlarında qaldırırlar. Mədəniyyət sahəsində də onların beynəlxalq miqyasda uğurları çoxdur. Yaxın gələcəkdə gənclərimizin dünya səviyyəsində yüksək elmi nailiyyətlər əldə etməsini arzu edərdim.
- Özün idmanla məşğul olmusan?
– Boş vaxtlarımı idmana həsr edirdim. Ayrı‐ayrı vaxtlarda müxtəlif idman növləri ilə məşğul olmuşam. 15 yaşıma qədər karate və dzü‐do, sonralar isə trenajor zallarına getmişəm. Şahmat oynamağı da çox sevirəm. Məncə, pis vərdişlərdən uzaq olmaq üçün idman ən yaxşı üsuldur.

Bu xəbər oxucular tərəfindən 1196 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |