Şrift:
İranlı nazir Bakıya gəlir
01.12.2014 [12:24] - Güney Azərbaycan xəbərləri, Siyasət
Görüşdə iki ölkənin inkişaf perspektivləri müzakirə olunacaq
Sabah, dekabrın 2-də İran İslam respublikası ilə Azərbaycan respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyasının həmsədri, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Bakıya səfər edəcək.

Səfər çərçivəsində Mahmud Vaezi Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə Azərbaycan-İran əlaqələrinin inkişaf perspektivləri müzakirə olunacaq.
Bu xəbər oxucular tərəfindən 773 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed