Şrift:
Traxtur futbol klubunun müdiri istefa verib
02.12.2014 [10:36] - Güney Azərbaycan xəbərləri, İdman
Təbrizin “Traxtur” futbol klubunun müdir-amili istefa verib. Müdir-amil “Traxtur-İstiqlal” müsabiqəsindən sonra istefasını idarə heyətinə təqdim edib, lakin istefanın bu gün üstü açılıb.
Cəmişid Nəzmi saat 11-də klub üzvləri ilə birgə keçirilən görüşdə istefa barəsində danışıb və bütün klub üzvlərindən sağollaşaraq halallıq istəyib. O işlədiyi müddətdə Təbriz və Azərbaycana xidməti əsas götürdüyünü və bu yolda bütün gücünü səfərbər etdiyini bildirib.

C.Nəzmi istefasının səbəbi barəsində geniş danışmasa da, bunu İdarə Heyəti ilə fərqli düşüncədə olduğu ilə izah edib.

Keçmiş müdir-amil sonda “Traxtur” takımı və bütün klub üzvlərinə öz işlərində uğurlar arzulayıb.
Bu xəbər oxucular tərəfindən 742 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed