27.12.2011 [04:04] - Siyasət
Arif Kəskin: “Meksika senatının Xocalı faciəsi ilə bağlı addımı Türkiyə parlamentinin belə bir addım atması üçün yaxşı şərait yaradır”
Meksika Senatının Xocalı faciəsini tanıması olduqca mühüm bir addımdır və Türkiyə parlamentinin belə bir addım atması üçün yaxşı şərait yaradır.
Bu sözləri “Davam”a Ankaradan Türkiyənin tanınmış politoloqu Arif Kəskin Meksika Senatında ermənilərin Xocalıda soyqırımı törətdiyini əks etdirən qərar qəbul olunması ilə bağlı xəbəri şərh edərkən bildirib.
“Bu addım istər-istəməz Xocalı soyqırımının digər ölkələr tərəfindən tanınmasına yol aça bilər və bu qərar sevindirici bir hadisə sayılmalıdır. Bu məqamda insanı bir sual düşündürməyə bilməz. Maraqlıdır ki, nə üçün Xocalı faciəsini Türkiyə Böyük Millət Məclisi qəbul etmir? Türkiyə parlamenti Meksika senatı qədərdəmi yoxdur? Bu sual hamımızı düşündürməli və ortaq qərar verilməlidir. Nəzərə almaq lazımdır ki, Meksika Senatının bu addımı Türkiyə parlamenti tərəfindən tanınması üçün yaxşı fürsət yaradır və Türkiyə Xocalı soyqırımını tanımalıdır. Xüsusilə, Milliyyətçi Hərəkat Partiyası Meksika senatının bu qərarından yaxşı istifadə etməlidir”- deyə, Arif Kəskin bildirib.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1380 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |