Şrift:
Çin hədələdi: Türkiyə, sözlərinə fikir ver
02.12.2014 [10:53] - Gündəm, Siyasət, Türk dünyası-Turan
Çin Xarici İşlər Nazirliyi Türkiyənin uyğur miqrantlarla bağlı siyasətini sərt tənqid edib.
Axar.az xəbər verir ki, bu ilin əvvəlində Tailandda saxlanılan Çinin Şərqi Türküstan vilayətindən olan 200 uyğur türkü ilə bağlı qalmaqal böyüyür. Tailand rəsmiləri saxlanılan miqrantların təslim edilməsi ilə bağlı həm Çin, həm də Türkiyə ilə danışıqları davam etdirdiklərini açıqlayıb.

Çin isə Türkiyənin miqrantlarla yaxından maraqlanmasına və Türkiyəyə göndərilmələrini tələb etməsinə sərt reaksiya (əksüləməl) verib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çunyinq bu məsələnin Çin ilə Tailand arasında olduğunu bildirib və Türkiyəyə xəbərdarlıq edib:

“Türkiyə bu məsələyə müdaxilə etməkdən əl çəkməlidir. Həmçinin söylədikləri sözlərə və davranışlarına da diqqət etməlidir”.

Qeyd edək ki, bir müddət öncə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu miqrantların Çinə geri göndəriləcəyi təqdirdə ölümlə qarşı-qarşıya qalacaqlarını bildirib.
Bu xəbər oxucular tərəfindən 826 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed