Şrift:
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, istiqlalçı deputat, millət vəkili Fərəc Quliyev Azərbaycan xalqını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir
27.12.2011 [04:22] - Fərəc Quliyev
“Azərbaycan xalqı varoluşunun bütün dönəmlərində mübarizlik nümayiş etdirməklə hər şeyin ən gözəlinə layiq olduğunu sübut edib. Eyni zamanda dövlətimiz milli dəyərlərə sadiqliyini bu dövləti qurarkən də nümayiş etdirib. Müstəqil Azərbaycan məhz bu dəyərlər üzərində qurulub.
Aydın məsələdir ki, qələbəyə gedən yol həmrəylikdən, milli birlikdən keçir. Xalqımız bir dəfə sərhəddləri dağıtmaqla öz iradəsi, əzmi ilə hər iki imperiyaya bunu sübut etdi.
Bu il biz müstəqilliyimizin bərpasının 20 illik yubileyini qeyd elədik. Milli Dirçəlişimizdən keçən bu 20 il tarix baxımından qısa bir müddət olsa da mən inanıram ki, bu dövlətin müstəqil olmasında, qurulmasında, günümüzə qədər gəlib çıxmasında tökülən qanlar bihudə getməyəcək. Və yenilənən hər təqvim ilində onlar ürəklərimizin daha dərinlərində kök salacaq. Bir də ona inanıram ki, Bütöv Azərbaycan ideologiyası qısa vaxtda gerçəkləşəcək, o taylı-bu taylı Azərbaycan, Qarabağ problemimiz həll olunacaq. Hər birinizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü, eyni zamanda Yeni İl bayramı münasibətilə təbrik edir, bütövlük, birlik arzu edirəm. Dünyada yaşayan bütün azərbaycanlıları, soydaşlarımızı daha sıx birliyə dəvət edirəm.
Bayramınız kutlu olsun!”

Sayqılarla Milli Dirçəliş Hərəkatı
Partiyasının sədri, millət vəkili Fərəc Quliyev
Bu xəbər oxucular tərəfindən 2678 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed