Şrift:
Avropa üçün dəhşətli təhlükə
03.12.2014 [11:21] - Gündəm, Hadisə
Avropanın 5 şəhərində 11 sentyabra bənzər hücum planlaşdırılır

“Əl Qaidə” terror təşkilatı Avropanın 5 böyük şəhərində 11 sentyabra bənzər terror hadisəsi törətməyi planlaşdırır. Bu barədə xəbəri Almaniyanın “Express”qəzeti İngiltərənin xüsusi xidmət orqanlarına istinadən yayıb. Xəbərdə, bir hava yolları əməkdaşına istinadən, “Bizə yeni ildən əvvəl 5 sərnişin təyyarəsi ilə hücum planlaşdırıldığı deyildi” – yazılıb. Hava yolu əməkdaşı həmçinin hücum planının “əl Qaidə”nin rəhbər şəxslərindən biri tərəfindən hazırlanması barədə məlumat olduğunu bildirib.

Hücum planının ciddi qəbul edildiyi, buna qarşı bir sıra tədbirlər görüldüyü, hətta əl baqajının ləğv olunmasının gündəmə gələ biləcəyi qeyd edilir. Məlumata görə hazırda, əl yüklərinin ləğv olunaraq təyyarənin baqajında daşınması müzakirə olunur. Hava yolları şirkətlərinin nümayəndələri bildirib ki, ən pis ehtimalla elektronik əşyaların sərnişin salonuna buraxılması yasaqlanacaq.

Xəbərdə həmçinin İngiltərənin daxili işlər naziri Tereza Meyin ötən həftə terror hücumlarına qarşı xəbərdarlıq etdiyi xatırladılıb:

“Təhlükə bu gün artıq daha barizdir. Hər keçən gün daha çox terror təşkilatı qərbdə hücum həyata keçirməyi planlaşdırır. Hər sui-qəsdçini də hökmən bir terror qrupunun üzvü hesab etmək olmaz. Fərdi şəkildə hərəkət edənlər də ola bilər” – deyə nazir Mey xəbərdarlığında bildirmişdi.
Bu xəbər oxucular tərəfindən 639 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed