Şrift:
Türkiyədən Qarabağ dəstəyi
03.12.2014 [11:27] - Gündəm, Türk dünyası-Turan
"Münaqişələr ərazi bütövlüyü prinsipi ilə həll olmalıdır"
‘’Bu gün Avropa qonşu çoğrafiyalarda böyüyən təhdidlərlə qarşı-qarşıyadır. Avropa bu təhdidləri kollektiv şəkildə, qonşu ölkələrlə və NATO müttəfiqləri ilə əməkdaşlıq içərisində olmalıdır".Bunu Türkiyənin müdafiə naziri İsmət Yılmaz 13-cü Berlin Təhlükəsizlik Konfransında çıxışında deyib.

Onun sözlərinə görə, bu gün Türkiyə dünyanın dinamik və məsul bir ölkə kimi şərqlə qərb, şimalla cənub arasında uzlaşma üçün əlindən gələnin ən yaxşısını etməyə çalışır.

Nazir Ukraynada da atəşkəsin təmin edilməsini və Minsk anlaşmasının tətbiqini dəstəklədiklərini deyib. ‘’Rusiyanın Krımı ilhaqını tanımırıq. Biz bu halda Ukraynanın ərazi bütövlüyünü və münaqişələrin beynəlxalq qanuna uyğun olan həll yollarını dəstəkləyirik. Ölkələrin ərazi bütövlüyü prinsipi bütün xəstəliklərin təməli olmalıdır. Bunun Dağlıq Qarabağ üçün də keçərli olması gərəkdir".

Müdafiə naziri Türkiyənin birbaşa və dolayı yollarla Azərbaycanla Ermənistan arasında görüşləri dəstəklədiyini qeyd edib. O, hər iki ölkənin qəbul edəcəyi bütün həll yollarını dəstəkləməyə hazır olduqlarını deyib.
Bu xəbər oxucular tərəfindən 1009 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed