03.12.2014 [11:38] - Siyasət
Yeni razılaşma əsasında, İraq hökuməti neftdən əldə olunan gəlirin 17 faizini regionun inkişafına sərf edəcək
İraqda hökumətlə kürd muxtar regionu arasında neft mübadiləsinə dair razılaşma əldə olunub. Yeni razılaşma əsasında, İraq hökuməti neftdən əldə olunan gəlirin 17 faizini regionun inkişafına sərf edəcək.
Rəsmi Bağdad bir müddət əvvəl kürdlərin nefti Türkiyəyə satması ilə əlaqədar muxtar regionunun büdcəsini dondurmuşdu. İŞİD-ə qarşı mübarizə fonunda yaranmış problem, az qalsın, ölkənin bölünməsinə səbəb olacaqdı. Artıq bir neçə ay idi ki, məsələyə dair müzakirələr gedirdi.
Adil Əbdül Mehdi: “Hər iki nümayəndə heyətinin iştirakı ilə baş tutan görüşlər olduqca ciddi, eyni zamanda, səmimi ab-havada keçdi. Vahid vətən torpaqları ərazisində əməkdaşlıq əhval-ruhiyyəsində keçirilən danışıqlar sonda razılaşma ilə nəticələndi. Hökumət və kürd muxtar rəhbərliyi bir daha təsdiq etdi ki, İraq nefti bütün iraqlılar üçündür”
Razılaşmaya əsasən, kürd rəhbərliyi hər gün neftin 550 min barelini İraqın neft nazirliyinə güzəştə gedəcək, ki bunun yarıdan çoxu Kərkük neft mədənlərinin hesabına təşkil olunacaq.

Bu xəbər oxucular tərəfindən 1022 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |