Şrift:
“Bu bir tarixi yanlışdır və Fransaya xeyir gətirməyəcək”
13.01.2012 [04:29] - Müsahibə
Tahir Seyidov: Məqsəd Türk kimliyinə aid olan ərazidə yerləşən yeraltı sərvəti aparmaq və Türk tamının qarşısını almaqdır

Fransa Parlamentində soyqırım tanınması məsələsi yox, soyqırım yoxdur deyənlərə qarşı cinayət işinin açılması və cərimə olunması məsələsi var. Bu, orada erməni soyqırımı yoxdur, deyənlərin qarşısını almaq məqsədi daşıyır. İkinci bir tərəfdən bu, erməni soyqırımı məsələsini gündəmdə saxlamaq məsələsidir.


Əgər Türkiyədə Osmanlı İmperiyasına qarşı gələn bir milli kimlik, 15-14-cü illərdə yerdəyişməsi qərarı verilibsə və yeri dəyişilibsə, dəyişmə zamanı da müəyyən qismi tələf olubsa bu bilərəkdən bir millətin soyunu qırmaq məsələsi deyil. Bu, sadəcə dövlətə qarşı gələn və yerdəyişməyə məcbur olan dövlətin bir addımıdır ki, doğrudur. Həmin dövrdə Azərbaycan ərazilərində ermənilər Andranikin rəhbərliyi ilə, bilərəkdən kifayət qədər Azərbaycan türklərini məhv ediblər. Soyqırım ediblər. Bu oyunların hamısı Türk dövlətçiliyinə arxadan zərbə vurmaq, İslam anlayışının qarşısını almaq məqsədi daşıyıb. Ona görə mən Fransanın belə bir addım atmasını müasirliyə, demokratiyaya uyuşmayan bir hərəkət kimi qəbul edirəm. Dünyanın hər bir yerində insan haqqlarını qoruyan Avropanın insanı danışmamaq üçün təhrik eləməsi, cərimə etməsi doğru bir şey deyil. Bu hadisə varsa insanlar düşündürməli, araşdırmalı, ortaya qoymalıdır. Bundan şəxsi məqsədlər, dövlət məqsədləri üçün istifadə eləmək yanlışdır. Mən hesab edirəm ki, bu Avropa üçün doğru bir nəticəyə aparmayacaq və Avropa üçün müsbət bir effekt verməyəcək, onun daxilində aparıcı bir ölkəsi kimi Fransaya müsbət bir şey gətirməyəcək. Bu bir tarixi yanlışdır, bir tarixi səhvdir.

Mən hesablayıram ki, bu məsələni bizim müsbət tərəfə çevirmək imkanlarımız var. Azərbaycan, Türkiyə və Türk dövlətlərinin böyük əksəriyyəti idxalatçı dövlətlər kimi formalaşır, iqtisadiyyatımız o yöndədir, Avropanın istehsalı bizim daxili istehsalımızın qarşısını alır. Və Avropa patentiylə Çin istehsalı bizim istehsala zərbə vurur. İnsanlar işləmir, torpaqlarımız şoranlaşır, bu baxımdan mən düşünürəm ki, biz bundan sağlam mənada istifadə etməliyik və özümüzə qayıtmalıyıq. Ən birincisi ölkəmizdə, ciddi mənada Fransa istehsalı mallara qadağa qoyulmalıdır, əgər bir ölkə bizə danışmağa imkan vermirsə, biz ona xeyir gətirən bir istiqamətdə iş görməməliyik. Bu, doğru məntiqdir, dövlət səviyyəsində, insanlar səviyyəsində olmalıdır. Parlament hansısa qərarı qəbul etsin deyə düşünmək yanlışdır, bir millət olaraq, bir kimlik olaraq özümüzə qatıtmalıyıq və indiki halda Fransanın və onun yolunu tutub gedəcək bu cür ölkələrin mallarına qadağa qoymalıyıq. Bu eyni zamanda özümüzün istehsalımıza da yol açar. Azərbaycan aqrar bir ölkədir, bu addım aqrar sistemimizi sənayeləşdirmək üçün ən doğru yoldur. Heç bir ölkədən asılılığımız yoxdur. Biz bu imkanlardan istifadə edib bu doğru yola düşməli və bu yolla da getməliyik.

Fransa ilə müəyyən əlaqələr var ki, o əlaqələrin kəsilməsi məsləhətdir. Deməzdim bütün hər şeyi dayandıraq. Biz bir dünyada, bir kürənin üzərində yaşayırıq. Sadəcə onların bizə qarşı siyasi və ideoloji, öz çıxarlarını ortaya qoyması üçün apardıqları bu xəttin qarşısının alnması üçün alternativlərdən istifadə etməliyik. Gücümüzü, kimliyimizi mütləq ortaya qoymalıyıq. İkinci olaraq, Türk dövlətlərinin, iqtidar-müxalifət bir ağızdan danışmağı daha doğrudur. Həm də bu məsələlərin biz gənclərimizə aşılanmasını istəməliyik. Dostumuz və düşmənimiz, bizə qarşı kimlər nələri eləmək istəyir, nələri etməyə çalışır, o Türk kimliyi niyə dağınıq haldadır? Əslində türk kimliyinin tamlaşmasının qarşısını almaq üçün müxtəlif fəsadlarla hadisələr törətməyə çalışırlar.

Heç kimə sirr deyil ki, keçən əsrin əvvəlində erməni məsələsini çox önəmli məsələ kimi ortaya çıxardılırdı, bu əsrdə kürd məsələsi qabardılır. Fransanın özü ilə bağlı məsələlərə mexaniki yanaşsaq Fransanın Əlcəzairdə, Afrikanın şimalında törətdiyi hadisələr həqiqi mənada bir soyqırımdır. İngilislərin Amerikada türksoylu insanlara - qızıldərililərə qarşı apardığı hadisələr həqiqi mənada soyqırımdır.

Bir soyu məhv eləmək anlayışıdır. Amma dövlətə xaricdən gələn dəstək sayəsində qarşı gələn bir milli kimliyin Osmanlının bir ərazisindən digər ərazisinə köçürülməsini şişirdib bir hadisə kimi qələmə vermək bu, artıq yanlış addımdır. Məqsəd əslində Osmanlını bütövlükdə Avropanın əlinə keçirmək idi. Məhz bu baş vermədiyinə görə indi bu faktordan istifadə edib Türkiyəni, Türk dövlətlərini sıxmaq və Türkiyənin yönünü Qərb yönündə saxlamaq anlayışı da diqqəti cəlb edir. Türkiyə əslində Qərb yönündə İslam örtüsündə görünən bir modelə düşməkdədir.

Qərbin bütün rıçaqları Türkiyədə Rəcəb Tayyib Ərdoğan iqtidarıyla işləməkdədir, amma görünən tərəfi müsəlman başörtülü kimi çıxır ortaya. Türkiyənin gedişi çox pis və yanlışdır. Bir ölkə əgər üç yüz generalını həbsə atırsa, heç bir iddia da qaldıra bilmirsə, bu, ölkənin zəifliyini göstərir, dövlət strukturlarının insanlarla qarşılıqlı münasibətlərin pozulmasını göstərir. Və bunlar Türk dövlətləri üçün də Türk dövlətlərinin başını çəkən Türkiyə üçün də çox mənfi bir haldır. Türkiyə dövlət rəhbərlərinin məsələlərə yanaşması da bu cürdür, onlar məsələni Azərbaycan və Xocalı soyqırımı hadisələri ilə ört-badır etməyə çalışırlar, əslində onlar bu məsələ ilə daha çox daxildə ikinci bir Türk qalxınması adını qoyduqları Səid Hərəkatını və s. ortaya çıxarmaqla Türkiyənin içini parçalamaqğa çalışırlar. Bilirsiz, həm xaricdən həm daxildən bir müştərəklik var. Avropa və ya ingilislərin Türkiyə Cümhuriyyəti iqtidarıyla bir müştərək gedişi var, sadəcə bəzi məsələlərdə millətin qalxmasını nəzərə alıb üstünü örtməyə çalışırlar. Aydındır ki, PKK bölücü bir təşkilatdır, kürd üçün döyüşmür, əgər onun üçün döyüşsə, məktəbini, təhsilini formalaşdırmağa çalışar. Kürdləri dağlarda, kahalarda, yuvalarda, qəhrəman elan edib o şəkildə yaşatmaqla kürdü məhv edirlər. Bütün hallarda yeganə məqsəd Türk kimliyinə aid olan ərazidə yerləşən yeraltı sərvəti aparmaq və Türk tamının qarşısını almaqdır.

Nigar İsfəndiyarqızı
Bu xəbər oxucular tərəfindən 2056 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed