Şrift:
Türkiyə Azərbaycanla ortaq peyk yaratmaq niyyətindədir
03.12.2014 [12:27] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə Azərbaycan ilə birgə ortaq peykini yaratmaq istəyir.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin elm, sənaye və texnologiya naziri Işık Fikri bildirib.

“Türkiyə tərəfinin arzusu ortaq araşdırma, inkişaf və icarə peyki layihəsi hazırlamaqdan ibarətdir. Hazırda məsələ ilə bağlı danışıqlar aparılır”, - deyə nazir bildirib.

I. Fikri “Azersky” yüksək ayrıdetməli Yer səthinin məsafədən müşahidə peykinin Azərbaycana təhvil verilməsi ilə bağlı təbrik edib və bildirib ki, Türkiyə qardaş ölkə olaraq Azərbaycanın uğurları ilə qürur duyur.
Bu xəbər oxucular tərəfindən 1002 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed