03.12.2014 [12:39] - Xəbərlər, Siyasət
Bu gün Brüsseldə "İŞİD" terror təşkilatına qarşı ABŞ-ın başçılıq etdiyi koalisiyanın nazirlər səviyyəsində ilk toplantısı keçiriləcək.
APA-nın məlumatına görə, koalisiya üzrə 60-dan çox tərəfdaş ölkənin iştirak edəcəyi toplantıda İŞİD-ə qarşı əməliyyatın nəticələri və gələcək koordinasiya məsələləri müzakirə olunacaq.
ABŞ Dövlət Departamenti toplantı ərəfəsində bəyan edib ki, görüş iştirakçıları İŞİD-i zəiflətmək və ona qalib gəlmək üçün birgə səylərin siyasi mexanizmlərinə nəzər salacaqlar.
ABŞ prezidentinin koalisiyadakı xüsusi nümayəndəsi Con Allen isə bildirib ki, ilk siyasi məsləhətləşmələrin mövzusu İŞİD-lə mübarizə strategiyasının və siyasi sahədə gələcək addımların müzakirəsi olacaq.
Toplantı NATO-nin mənzil-qərargahında keçiriləcək. NATO-nun baş katibi bildirib ki, alyans görüşün təşkilində iştirak etməyib və bu işi ABŞ öz üzərinə götürüb.
Qeyd edək ki, NATO İŞİD-ə qarşı əməliyyatlarda iştirak etmir.
Xatırladaq ki, ABŞ bəzi müttəfiq ölkələrin dəstəyi ilə sentyabrın 23-dən İŞİD-in Suriyadakı mövqelərinə hava zərbələri endirir.
Avqustdan analoji əməliyyat İraqda da aparılır.

Bu xəbər oxucular tərəfindən 806 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |