03.12.2014 [13:19] - İdman
Dekabrın 3-də AFFA-nın İcraiyyə Komitəsi xorvat Robert Prosineçkini Azərbaycan milli futbol komandasının baş məşqçisi postuna təyin edib. Xəbəri “Apasport” yayıb.
45 yaşlı Prosineçki futbolçu karyerasına Zaqreb “Dinamo”sunda başlayıb, daha sonra “Srvena Zvezda”nın (Serbiya) şərəfini qoruyub.
Yarımmüdafiəçi mövqeyində oynayan futbolçu İspaniyanın “Real”, “Ovyedo”, “Barselona”, “Sevilya”, Belçikanın “Standard”, İngiltərənin “Portsmut” komandalarının və bir neçə başqa klubun da formasını geyinib.
Yuqoslaviya milli komandasında 15 oyun (4 qol), Xorvatiya yığmasında 49 oyun (10 qol) keçirib.
Gənclər arasında dünya çempionu (1987), gənclər arasında Avropa vitse-çempionu (1990), UEFA Çempionlar kubokunun sahibi (1991), dünya futbol çempionatının bürünc mükafatçısıdır (1998).
Müxtəlif ölkələrin milli çempionatlarında və kubok yarışlarında çoxsaylı mükafatlar qazanıb.
O, Xorvatiya yığmasının məşqçilərindən, “Srvena Zvezda”nın və Türkiyənin “Kayserispor” komandasının baş məşqçisi olub.

Bu xəbər oxucular tərəfindən 780 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |