Şrift:
Qoşunların yeni tədris ilinə hazırlığı yoxlanır
03.12.2014 [13:23] - Hərb
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, Silahlı Qüvvələrin yeni tədris ilinə hazırlığı yoxlanır.

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Media forum” saytına bildiriblər ki, yeni tədris ilinə hazırlıq məqsədilə keçirilən kompleks tədbirlər çərçivəsində bütün birlik, birləşmə və hərbi hissələrin döyüş qabiliyyəti, maddi-texniki-tədris bazasının vəziyyəti və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji durumu, nizam-intizamı və sosial şəraiti yoxlanır.
Bu xəbər oxucular tərəfindən 970 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed