Şrift:
Putin-Ərdoğan zirvəsi: Ümumi maraqlar və fikir ayrılıqları
03.12.2014 [14:27] - Gündəm, Siyasət
Vladimir Putin Türkiyəyə səfər edib


Rusiya prezidenti Vladimir Putin Türkiyədə rəsmi səfərdədir. Səfər zamanı Rusiya ilə Türkiyə arasında ticarət, iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Ankarada cənab Putin ən yüksək səviyyədə qarşılanıb. Rusiya prezidentinin avtomobil konvoyu atlı süvari tərəfindən müşayiət olunub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarını sarayının qapısında qarşılayıb.

Türk qəzeti Taraf və Al Monitor veb saytının diplomatik köşə yazarı Semih İidz bu səfərin hər iki lider üçün vacib olduğunu bildirib.

Sanksiyalar nəticə göstərdiyi üçün, hər hansı bir ölkə beynəlxalq hüququ pozsa ona qarşı sanksiyalar tədbiq olunmalıdır-NATO-nun baş katibi Cens Stoltenberq
“Rusiyanın Ukraynada vəziyyətə görə təcrid olunduğu bir vaxt Türkiyəyə səfər həm Rusiya, həm də Türkiyə üçün vacibdir. Bildiyiniz kimi, prezident Ərdoğan hazırda dünyaya mənfi imic bəxş edir və bu səfər ona dünyaya yüksək səviyyəli dostlarının olduğunu göstərmək imkanı verir. Yəni imic baxımından bu səfər çox vacibdir.”

Cənab Putini on nazir və biznes liderləri müşayiət edir. Bir günlük səfərin gündəmində əsas məsələ ikitərəfli ticarətin inkişaf etdirilməsi olub. Hər iki prezident iki ölkə arasında ticarət dövriyyəsini üç dəfə artıraraq, 100 milyard dollara çatdırmağı öhdələrinə götürüblər.

Prezidentin gəlişindən bir az öncə Türkiyənin Ətraf Mühit nazirliyi Rusiyanın hazırladığı nüvə reaktorunun tikintisinin startına yaşıl işıq verib.


Ankara Rusiyadan qaz idxalını artırmaq istəyir ki, bu yalnız Moskvanın qiymətləri azaltdığı halda baş verə bilər. Hazırda Türkiyə Almaniyadan sonra Rusiyadan ən çox qaz idxal edən ikinci ölkədir.

Rusiya ilə Türkiyə arasında ticari münasibətlər Türkiyənin qərb müttəfiqlərinin Moksvaya qarşı Ukraynada təcavüzünə görə tətbiq etdiyi sanksiyalardan sonra güclənir.

Baş gərargahı Brüsseldə yerləşən NATO-da keçirilən mətbuat konfransı zamanı alyansın baş katibi Cens Stoltenberq bildirib ki, o, Türkiyənin qərb müttəfiqlərinin Rusiyaya qarşı sanskiyalarına qoşulmalı olduğunu düşünür.

“Təbii ki, mən daha çox ölkənin bu sanksiylara dəstək verməsini istəyərdim. Sanksiyalar nəticə göstərdikləri üçün, hər hansı bir ölkə beynəlxalq hüququ pozsa, ona qarşı sanksiyalar tətbiq olunmalıdır.”

Lakin Ankara yalnız BMT-nin sanksiyalarının tətbiq edilməsinə israr edir. Prezident Putin Türkiyəyə səfərindən öncə verdiyi müsahibədə Ankaranın mövqeyini təqdir edib və bildirib ki, “Rusiya Türkiyənin müstəqil qərarlarını yüksək qiymətləndirir.”

Onların dünyaya və həyata baxışları da bir-birindən çox fərqli deyil. Hər iki lider avtoritar olmaqda ittiham olunur. Onların ruhları bir-birinə yaxındır və onlar bir araya gələndə bu yaxınlıq özünü biruzə verir-təhlilçi Semih İdiz
Türk ixracatçıları Rusiyaya qarşı sansksiyaların tədbiq olunduğu bu ərəfədə gəlirli ticarək imkanları axtarırlar, çünki bir çox türk şirkətlərinə qonşu Suriya və İraqda gedən böhranlar nəticəsində çox böyük ziyan dəyib.

Ekspertlər bildirir ki, Rusiya ilə ticarət yaratmaq, əsasən də hakimiyyətdə olan İnkişaf və Ədalət Partiyası üçün çox vacibdir, çünki gələn il seçkilər keçiriləcək və iqtisadi artım da ötən on ilin rekord artımına nisbətən çox azalıb.

Lakin köşə yazarı Semih İdizin bildirdiyinə görə, iqtisadi əlaqələrin inkişaf etdiriliməsinə baxmayaraq, iki ölkə arasında xarici siyasət sahəsində ciddi fikir ayrılıqları mövcuddur.


“İki ölkənin Suriya ilə bağlı fikirləri əsaslı şəkildə fərqlənir. Onlar hətta bu mövzu üzərində qızğın debat aparıb, amma çox diplomatik şəkildə. Onlar Ukrayna, əsasən də azlıq təşkil edən tatar əhalisi olan Krımla bağlı da fərqli fikir yürüdür, çünki tatarlar türklərə yaxın xalqdır. İki ölkə həmçinin Kipr məsələsi üzərində də razılaşa bilmir, çünki Moskva Kiprin yunan administrasiyasının arxasında durur.”

Köşə yazarı bildirir ki, iki ölkə arasında yaxşı münasibətlərin yaranması ölkə liderlərinin fikir ayrılıqlarının öhdəsindən gəlməsinə imkan yaradır.

“Mən şəxsən Ərdoğanla birlikdə Rusiyada səfərdə olmuşam və hər iki ölkə başçısının yaxşı anlaşdığının şahidi olmuşam. Onların dünyaya və həyata baxışları da bir-birnidən çox fərqli deyil. Hər iki lider avtoritar olmaqda ittiham olunur. Onların ruhları bir-birinə yaxındır və onlar bir araya gələndə bu yaxınlıq özünü biruzə verir.”

Hər iki lider üslub və siyasətlərində dəyişiklik etməyənə qədər onlara qarşı beynəlxalq təzyiq davam edəcək. Müşahidəçilər Qərbin təzyiqinin cənab Putin və cənab Ərdoğanın ikitərəfli münasibətləri gücləndirilməsinə təkan verə biləcəyini bildirir.
Bu xəbər oxucular tərəfindən 835 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed