Şrift:
Fərəc Quliyev: -Sərsəng su anbarının təmirini ermənilərə etibar etmək olmaz.
04.12.2014 [10:54] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Hazırkı status-kvo şəraitində Sərsəng su anbarının təmirini ermənilərə etibar etmək olmaz”. Bunu SİA-ya Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib.

Millət vəkili hesab edir ki, beynəlxalq donor təşkilatlar bu su anbarının təmiri üçün ayıracağı vəsaitlə onu nə ermənilərə təmir etdirə bilərik, nə də ermənilər bu vəsaiti Sərsəng su anbarının təmirinə xərcləməzlər: “Çünki, onlar ayrılan vəsaiti alsalar belə onu başqa istiqamətə xərcləyəcəklər. Azərbaycanın işğal edilmiş ərazisi humanitar fəlakətlə üz-üzə olduğu üçün dərhal beynəlxalq güclərin nəzarəti ilə geri qaytarılaraq Azərbaycanın özünün təmir və istismarına verilməlidir. Beynəlxalq donor təşkilatlar Sərsəng su anbarının təmiri üçün vəsait ayırmasalar belə Azərbaycan öz hesabına onu təmir etdirə bilər. Bunun üçün beynəlxalq təşkilatlar həmin ərazini Azərbaycanın ixtiyarına verməlidirlər. Hesab edirəm ki, məsələdən çıxış yolu yalnız budur”.

Elvin Abdulqədirov
Bu xəbər oxucular tərəfindən 1095 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed