Şrift:
Ermənilərin bayramı qara keçəcək!
04.12.2014 [11:39] - Sosial, Qərbi Azərbaycan-İrəvan
Yeni il bayramı Ermənistan ailələri üçün bayram olmayacaq
Ermənistanda ərzaq məhsullarının və digər malların qiymətinin kəskin artması barədə daha öncə xəbər vermişdik. Bu, təbii ki, əhalinin qəzəbinə səbəb olub.

İnsanların narazılığı tamamilə başa düşüləndir. Bunu jurnalistlərin suallarına cavab verərkən parlamentin spikeri Qalust Saakyan bildirib. Ancaq hakimiyyətin yeni etiraz dalğasından qorxub-qorxmaması barədə suallara cavab verən Saakyan hiddətlə deyib: "Hamıya dalğalarla ehtiyatlı olmağı məsləhət görürəm, boğula bilərsiniz".

Hakimiyyətdəkilərdən bəziləri hesab edir ki, ərzaq məhsullarının bahalığında hər şeydən öncə tamahkar sahibkarlar günahkardır.

Ermənistanın baş nazirinin müavini Vaçe Qabrielyan bu Cənubi Qafqaz respublikasının əhalisini sakitləşdirməyə çalışaraq bildirib ki, ölkədəki bahalaşma tamamilə nəzarət altındadır. Amma qiymətlər yuxarı dırmanmaqda davam edir. Rusiya rublunun ardınca erməni milli valyutası dram da çöküb və özü də bu çox sürətlə baş verib. Bir sıra banklar dollar satışını dayandırıblar, başqaları isə xarici valyutanı məhdudiyyətlə satırlar.

Parlamentdə çıxış edən deputat Nikol Paşinyan bildirib ki, indiki hakimiyyətin normal iqtisadi strategiyası yoxdur. "Amma Moskva, Brüssel və Vaşinqtondan dilən payı istəyən siyasi elita var, sonra aclara bir tikə düyü atırlar ki, onların dilindən təşəkkür sözləri qoparsınlar".

Mağazalarda qiymətlər hər gün dəyişir və yerli mətbuatın yazdığına görə, qarşıdan gələn yeni il Ermənistanın bir çox ailələri üçün heç də bayram olmayacaq.

Beləliklə, çox erməni evində onsuz da yoxsul olan Yeni il masası daha da yoxsullaşaq. Ölkə rəhbərliyi bunun üçün çox çalışıb.

Ermənilərin bayramı qara keçəcək!

Ermənilərin bayramı qara keçəcək!

Ermənilərin bayramı qara keçəcək!
Bu xəbər oxucular tərəfindən 1332 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed