Şrift:
Bank VTB-nin prezidenti: Rusiya banklarının SWIFT sistemindən çıxarılması müharibənin başlanğıcı deməkdir
04.12.2014 [12:18] - Gündəm, İqtisadiyyat
“Rusiya banklarının SWIFT sistemindən çıxarıldığı gün ABŞ-ın Rusiyadakı səfiri Moskvanı tərk etməlidir”

Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması müharibənin başlanğıcı deməkdir.

“APA-Economics”in Almaniyanın “Handelsblatt” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu “Bank VTB”nin (Rusiya) prezidenti, İdarə Heyətinin sədri Andrey Kostin bildirib.

A. Kostin qeyd edib ki, hazırda Rusiyanın bank sistemi “əhəmiyyətli dərəcədə dollar və avroya əsaslandığından Rusiya iqtisadiyyatının ən zəif seqmentidir”.

“Rusiya banklarının SWIFT sistemindən çıxarıldığı gün ABŞ-ın Rusiyadakı səfiri Moskvanı tərk etməlidir”, - deyə bankir bildirib.
Bu xəbər oxucular tərəfindən 1016 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed