05.12.2014 [11:16] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Dekabrın 4-də Ermənistan parlamenti ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulması barədə müqaviləni ratifikasiya edib. “Media forum” saytı xəbər verir ki, 103 deputat ratifikasiyanın lehinə, 7-si əleyhinə səs verib, 1 nəfər bitərəf qalıb.
Avrasiya İqtisadi İttifaqını bu il mayın 29-da Rusiya, Qazaxıstan, Belarus yaradıblar. Ermənistanın bu ittifaqa qoşulması haqqında müqavilə Ali Avrasiya İqtisadi Şurasının oktyabrın 10-u Minskdə keçirilən sammitində imzalanıb.
Rusiya, Qazaxıstan, Belarus, Ermənistan prezidentlərinin imzaladığı müqavilə dörd ölkənin parlamentində təsdiqlənməli və 2015-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.
Dekabrın 2-də Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə müqaviləni ratifikasiya üçün Dövlət Dumasına göndərib.

Bu xəbər oxucular tərəfindən 1149 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |