Şrift:
Martin Şultsun qərəzli çıxışına etirazlar davam edir
05.12.2014 [11:28] - Gündəm, Diaspor
“İctimai Problemlərin Tədqiqi Assosiasiyası”nın Avropa Parlamentinin prezidenti Martin Şultsun 26 noyabr 2014-cü ildə Avropa Parlamentinin plenar iclasındakı çıxışı ilə bağlı
BƏYANATI

Azərbaycan Respublikası iqtisadi cəhətdən daha da inkişaf etdikcə demokratiya və insan haqları sahəsində vəziyyət ildən – ilə daha da yaxşılaşır. Ölkədə bərqərar olan iqtisadi və siyasi sabitlik digər məsələlərlə yanaşı Vətəndaş Cəmiyyətinin inkişafına da müsbət təsir edir. Lakin çox təəssüf ki, bir sıra beynəlxalq qurumlar Azərbaycanın əldı etdiyi uğurlara gölgə salmaq vərdişlərindən əl çəkmək istəmirlər. Onlar ölkəmizə qarşı qərəzli və düşmən fikirlər söyləməklə beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar. Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasındakı Azərbaycana qarşı söylədiyi növbəti qərəzli çıxışı qərəz və yalanlarla doludur.
Avronesin Azərbaycanlı deputatlarının dəfələrlə Ermənistanın işğalı nəticəsində haqları kobud surətdə pozulmuş qaçqın və məcburi köçkünlərlə bağlı cənab Martin Şultsa rəsmi müraciətləri cavabsız qalmışdır ki, bu da həmin şəxsin insan haqlarına ikili standartlarla yanaşmasını əyani şəkildə sübut edir. Qaçqın və məcburi köçkünlərin taleyinə biganə yanaşan bu cənab birdən birə insan haqları müdafiəçisinə çevrilərək xaricdən maliyə yardımı almaqla Azərbaycan dövlətçiliyinin əleyhinə işləyən şəxslərə himayə etməsi acı təəssüf doğurur.
“İctimai Problemlərin Tədqiqi Assosiasiyası” Avropa Parlamentinin prezidenti Martin Şultsun 26 noyabr 2014-cü ildə Avropa Parlamentinin plenar iclasındakı çıxışı qərəzli çıxışını qətiyyətlə pisləyir, bunu Azərbaycanın daxili işlərinə kobud müdaxilə kimi dəyərləndirir.

“İctimai Problemlərin Tədqiqi Assosiasiyası”nın sədri Dr. M.P.Zülfüqarlı
Bu xəbər oxucular tərəfindən 1113 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed