05.12.2014 [11:40] - Gündəm, Siyasət
“Hazırda dünyada, o cümlədən bir çox müsəlman ölkəsində sabitliyə zərbə vuran müxtəlif neqativ proseslər, digər tərəfdən isə barışığı, sülh və əmin-amanlığı təcəssüm etdirən islam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdləri bizi narahat etməyə bilməz. Bütün ərəb dünyasını sarsıdan siyasi hadisələr, o cümlədən Fələstin xalqının milli müstəqillik uğrunda mübarizəsi, Suriyada hərbi əməliyyatlar, Ermənistanın Azərbaycana hərbi təcavüzü və Dağlıq Qarabağ münaqişəsi, digər bu kimi problemlər islam aləmində davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, stabil inkişafa maneə yaradan, habelə səylərimizin vahid məqsəd uğrunda səfərbər edilməsini zərurətə çevirən ciddi faktorlardır”. Bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dekabrın 3-də Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya nazirlərinin 10-cu iclasında çıxış edərkən deyib.
Əli Həsənov İslam Əməkdaşlıq Təşkilatının müsəlman ölkələrinin uğurlu birlik modeli kimi artıq özünü təsdiqlədiyini vurğulayıb. Bildirib ki, təşkilat üzv dövlətlər arasında qarşılıqlı faydalı əlaqələrin, siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsinə, islam həmrəyliyinin güclənməsinə və xalqların mənafelərinin qorunması işinə mühüm töhfələr verib: “İslam Əməkdaşlıq Təşkilatı həm də ölkələrimizi narahat edən mürəkkəb qlobal və geosiyasi prosesləri, mövcud problemləri müzakirə etmək, çıxış yolları axtarmaq, müşahidə olunan təhdid və təzyiqlərə qarşı vahid mövqe formalaşdırmaq üçün olduqca vacib platformadır”.
Çıxışı zamanı Əli Həsənov təəssüflə qeyd edib ki, Qərbin islamofob dairələri və transmilli mediası müsəlman dünyasında baş verən hadisələri, prosesləri birtərəfli və əsasən qərəzli formada təqdim edirlər: “Nəticə etibarilə həm maddi və mənəvi zənginliyi ilə seçilən müsəlman ölkələri, həm də sülh və barışıq dini olan islam dini haqqında beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv və yanlış təsəvvür yaradılır. İslamı terrorla eyniləşdirmək, hər bir müsəlmanı potensial terrorçu obrazında təqdim etmək, islam dəyərlərini ümumbəşəri dəyərlərdən ayıraraq yad və zərərli element kimi qələmə vermək cəhdləri haqlı olaraq bütün islam aləmində ciddi etirazlar doğurur”.
İyirmi ildən artıqdır ki, Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal altında saxlandığını deyən Əli Həsənov Azərbaycanın tarixi torpaqlarında bütün infrastrukturla yanaşı, milli, mədəni və dini abidələrin və məscidlərin də dağıdıldığını nəzərə çatdırıb: “Həmin ərazilərin işğaldan azad olunması ilə bağlı BMT, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən müvafiq qərar və qətnamələr qəbul edilib. Təəssüf ki, bütün bunların konkret nəticəsi olmayıb. Ermənistan nəinki beynəlxalq qanunları, nüfuzlu təşkilatların qərarlarını qulaqardına vurur, həmçinin öz haqsız mövqeyini əsaslandırmaq üçün işğalçı siyasətinə dini rəng verərək islam dəyərlərini gözdən salmağa, xristian həmrəyliyi faktorundan, Qərbin islamofob dairələrinin, aparıcı media resurslarının imkanlarından yararlanmağa çalışır və bəzi hallarda buna nail olur. Əminliklə demək olar ki, oxşar problemləri olan digər müsəlman ölkələri də belə hallarla rastlaşırlar. Bu faktlar islam həmrəyliyinin gücləndirilməsi ilə yanaşı, informasiya sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə böyük ehtiyac olduğunu əyani şəkildə təsdiq edir”.
2012-ci ildə Qabonun paytaxtı Librevil şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya nazirlərinin 9-cu toplantısında informasiya sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə ciddi qərarlar qəbul edildiyini xatırladan Əli Həsənov deyib: “İslam ölkələrinin informasiya vasitələrində obyektivliyin və həmrəyliyin təmin olunması, KİV-lərin fəaliyyətinin əlaqələndirilməsi, birgə media təsisatlarının yaradılması və onların məqsədyönlü fəaliyyətinin təşkili, müsəlman dünyasının maraqları naminə dünyanın aparıcı KİV-ləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, islam aləmini düşündürən mövzularla bağlı forum və konfransların keçirilməsi və digər bu kimi tədbirlər hazırda da öz aktuallığını saxlamaqdadır. İslam Konfransı Təşkilatına üzv ölkələrin KİV-ləri arasında obyektiv informasiya mübadiləsinin genişləndirilməsi, virtual məkanda birgə fəaliyyətin koordinasiyası, vahid internet resurslarının yaradılması istiqamətində də tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.
Əli Həsənov qeyd edib ki, Azərbaycan Respublikası dünyada islam həmrəyliyinin gücləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi işinə həmişə öz töhfəsini verib və bundan sonra da bu sahədə qarşısında duran vəzifələri tam icra etmək əzmindədir: “Hesab edirik ki, 2017-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan IV İslam Həmrəyliyi Oyunları da ümumi mənafelərimizə xidmət edəcək. Artıq Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə qazanıb. Çalışacağıq ki, IV İslam Həmrəyliyi Oyunları həm də islam dünyasının zəngin potensialının, müsəlman ölkələri arasında dostluq və həmrəyliyin təcəssümü kimi bütün dünyanın diqqətini özünə cəlb etsin. İnanırıq ki, bu, bütün müsəlman ölkələrinin media nümayəndələri üçün də əlverişli fürsət olacaq”.
Əli Həsənov İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya nazirlərinin növbəti - 11-ci toplantısının Azərbaycanda keçirilməsini təklif edib. Həmçinin informasiya nazirlərinin 9-cu toplantısında İslam Ölkələri Jurnalistləri Birliyinin yaradılması barədə qərar qəbul olunduğunu, artıq Azərbaycanda bu istiqamətdə ilkin tədbirlərin həyata keçirildiyini və müvafiq qurumun təsis edildiyini nəzərə alaraq, növbəti görüş çərçivəsində İslam Ölkələri Jurnalistləri Birliyinin təqdimetmə mərasiminin keçirilməsi təşəbbüsünü irəli sürüb.
İclasın sədri informasiya nazirlərinin 11-ci iclasının və İslam Ölkələri Jurnalistləri Birliyinin təqdimat mərasiminin Bakıda keçirilməsi təklifinə görə təşəkkürünü bildirib və bu məsələnin katiblikdə müzakirə olunaraq qərar qəbul ediləcəyini deyib.

Bu xəbər oxucular tərəfindən 964 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |