05.12.2014 [11:47] - Sosial
Mərkəzi qərargahı ABŞ-da olan “Freedom House” beynəlxalq insan hüquqları təşkilatı dekabrın 4-də “İnternetdə azadlıq 2014” hesabatını yayıb. Hesabat 2013-cü ilin mayından 2014-cü ilin mayınadək olan dövrü əhatələyir. Sənəddə dünyanın 65 ölkəsində internet və rəqəmli media azadlığı dəyərləndirilir.
Ən azad ölkələr 0, ən qeyri-azadlar isə 100 bal alıb. Ballara əsasən, ölkələr azad (0-30 bal), qismən azad (31-60) və qeyri-azad (61-100) qruplarına bölünüb.
“Azadlıq” radiosunun məlumatına görə, Azərbaycan qismən azad ölkə kimi 55 bal alıb. Gürcüstan 26, Ermənistan isə 28 balla azad ölkələr siyahısındadır.
Ukrayna (33), Qırğızıstan (34), Rusiya (60), Qazaxıstan (60) qismən azad ölkələr sırasındadır.
İran (89), Özbəkistan (79), Pakistan (69) və Belarus (62) internetin azad olmadığı ölkələrdir.

Bu xəbər oxucular tərəfindən 836 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |