Şrift:
Ərdoğan Putinin təklifini rədd etdi
05.12.2014 [12:56] - Gündəm, Siyasət
Prezidentlərin qapalı keçirilən görüşünün bəzi təfərrüatları açıqlanıb
Rusiya prezidentinin Türkiyə səfəri zamanı həmkarı Rəcəb Tayyib Ərdoğanla mətbbuata qapalı keçirilən görüşünün bəzi təfərrüatları məlum olub.

Görüşdə müzakirə olunan mövzulardan biri də Suriya məsələsi olub. Belə ki, Putin Suriya münaqişəsinin həlli ilə bağlı Ərdoğana bəzi təkliflər edib.

"Suriyada müxaliflərlə biz də görüşürük. Keçən həftə bir qrup müxalif Rusiyada idi. Onlarla görüşdük. Sizin müxaliflərin üzərində təsiriniz böyükdür. Onları yola gətirin Əsədlə müxalifləri bir stol arxasında əyləşdirək", deyə Putin bildirib.

Rusiya prezidentinin bu təklifini Ərdoğan qədd edib: "Suriyada bu qədər hadisələr baş verdikdən sonra müxaliflərlə Əsədi bir stol arxasında əyləşdirmək mümkün deyil. Bunun mənası qalmayıb".

Qeyd edək ki, Vladimir Putin dekabrın 1-də Türkiyədə səfərdə olmuşdu.
Bu xəbər oxucular tərəfindən 795 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed