Şrift:
Qusarda Xəmsə milli intellektual oyunu üzrə IV Azərbaycan çempionatı keçirilir
06.12.2014 [12:31] - İdman
Qusarda “Xəmsə” milli intellektual oyunu üzrə yeniyetmələr arasında IV Azərbaycan çempionatı başlayıb.

Açılış mərasiminə təşkilatçılar və çempionatda yarışan komandaların üzvləri qatılıb.

Məlumat verilib ki, bundan əvvəl çempionatın zonalar üzrə seçim turları keçirilib. Yarışda 21 şəhər və rayondan məktəbli yeniyetmələr iştirak edir. Final oyunları dekabrın 7-də keçiriləcək.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çempionatın keçirilməsində məqsədin gənclərin zehni inkişafını stimullaşdırmaq, elmin nüfuzunu artırmaq, eləcə də yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək olduğunu deyib. O, yarışmanın final mərhələsinin Qusarda keçirilməsinin əhəmiyyətindən də danışıb.
Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed