Şrift:
Bakıda ölümlə nəticələnmiş kütləvi dava törədənlər saxlanılıb
28.12.2011 [10:26] - Gündəm
Dünən Bakıda ölümlə nəticələnmiş kütləvi dava törədənlər saxlanılıb.
Nərimanov rayon prokurorluğundan verilən məlumata görə, hadisə zamanı bir nəfəri öldürən, digərini yaralayan Azər İsmayılov saxlanılıb.
Kütləvi davada iştirak edən daha bir neçə nəfərin də saxlanıldığı bildirilir.
Qeyd edək ki, dünən Nərimanov rayonu, Həsən Əliyev küçəsində bir qrup gənc arasında ölümlə və ağır yaralanma ilə nəticələnən kütləvi dava baş verib.
Hadisə zamanı İbrahim Yəhyayev və Elman Hacıbabayev ağır xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yəhyayev xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.
Bu xəbər oxucular tərəfindən 962 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed