08.12.2014 [14:37] - Xəbərlər, Sosial, DAVAMın yazıları
“Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinə bələdiyyə seçkilərində müşahidəçilərin göndərilməsi üçün noyabr ayında rəsmi müraciət etmişik.
Strasburqdakı səfirimiz də onlarda daim əlaqədədir, gəlişlərini gözləyirik. Qərar vermək onlardan asılıdır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
M. Pənahov bildirib ki, namizədlərin seçicilərlə görüşü və təşviqat üçün bütün şərait yaradılıb və indiyə qədər bu sahədə Mərkəzi Seçki Komissiyasına hər hansı şikayət daxil olmayıb. O, seçki prosesində bəzi öyrədilmiş şəxslərin seçki prosesinə kölgə salmağa cəhd etməsi hallarının ola biləcəyini söyləyib: “Təsadüfən kimsə hansısa səhv hərəkətə yol verə bilər və bundan bəhanə kimi istifadə edə bilərlər. Elə bəhanələrin olmamasına çalışmalıyıq. Çünki Azərbaycanda seçkilər yüksək səviyyədə təşkil olunur, seçkinin nəticələri heç vaxt şübhə doğurmayıb”.

Bu xəbər oxucular tərəfindən 770 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |