08.12.2014 [15:55] - Xəbərlər, Hərb
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən noyabr ayı ərzində 3 542 127 kvadrat metr ərazi yoxlanılaraq, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatlar zamanı 57 PHS və 1 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Ötən ay bir mina/PHS hadisəsi qeydə alınıb.
Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.
ANAMA tərəfindən indiyədək cəmi 276 191 346 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 690 845 olub.
Hazırda Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax, Xocavənd, Şəmkir, Tərtər eyni zamanda Bakı şəhərinin, Qaradağ rayonu Səngəçal qəsəbəsində davam etdirilir.

Bu xəbər oxucular tərəfindən 742 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |