08.12.2014 [16:25] - Gündəm, Bildiriş
“2014-2015-ci il tədris ilinin əvvəlində məktəbə qəbul olunan uşaqların statistikasına nəzər yetirdikdə, uşaqların təxminən 10 faizi - 15 minə yaxın şagirdin məktəbə ən azı 1 il gec gəldiyinin şahidi oluruq”.
Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” ilə bağlı beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, həmin şagirdlər artıq 7 yaşı tamam olan uşaqlardır: "Bu artıq problemin nə qədər ciddi olmasına bir işarədir. Başa düşürük ki, burada yaşı 7-dən çox olan, indiyədək heç bir təhsilə cəlb edilməyən uşaqlar da var. Bu məsələ yalnız ayrı-ayrı qurumların öhdəsindən gələcəyi iş deyil. Bu məsələnin həlli üçün Təhsil Nazirliyinin imkanları kifayət qədər məhduddur".
C.Bayramov bildirib ki, nazirlik bu halların qarşısının alınması və belə uşaqların sayının maksimum dərəcədə azaldılması üçün aidiyyəti qurumlarla, yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir: "Çünki əgər kimsə təhsildən kənarda qalırsa, onda Təhsil Nazirliyi həmin şəxslə bağlı tərbiyə, tədris işi apara bilmir".

Bu xəbər oxucular tərəfindən 987 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |