28.12.2011 [17:31] - Gündəm
Azərbaycanda Yeni il axşamı qar olmayacaq və hava mülayim keçəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva məlumat verib.
Tağıyeva bildirib ki, yaxın günlərdə hava şəraitinin ciddi dəyişkənliyi gözlənilmir.
Dekabrın 31-də Bakıda və Abşeron yarımadasında gündüz 9-12 dərəcə isti proqnozlaşdırılır. Əsasən yağmursuz və dəyişkən buludlu hava şəraiti hökm sürəcək.
Tağıyeva bildirib ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə temperatur 3-5 dərəcə intervalında dəyişəcək. Yanvarın 1-də isə dekabrın 31-nə nisbətən temperatur nisbətən enəcək. Gündüz Bakıda və Abşeron yarımadasında 7-9 dərəcə isti proqnozlaşdırılır.
Tağıyeva bildirib ki, dekbarın 31-i gecəyə doğru Azərbaycanın bəzi ərazilərində zəif duman olacaq. Onun sözlərinə görə, Azərbaycanın əksər rayonlarında dekabrın 31-i və yanvarın 1-i yağmursuz, mülayim hava şəraiti hökm sürəcək. Yalnız ölkənin cənub bölgəsində - Lənkəranda fasilələrlə yağış gözlənilir.
Dekabrın 31-də cənub, yanvarın 1-i isə mülayim şimal-şərq küləyinin əsəcəyi proqnozlaşdırılır.

Bu xəbər oxucular tərəfindən 942 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |