Şrift:
Türkiyədə məktəblilərə dini dərslər məcburi şəkildə tədris olunacaq
09.12.2014 [13:02] - Gündəm, Türk dünyası-Turan
AKP öz dini istəklərini tədricən həyata keçirməkdədir. Artıq Türkiyədə orta məktəblərdə məcburi dini dərslər tədris ediləcək.
1-ci, 2-ci və 3-cü siniflərdə məcburi dini dərslərin keçirilməsi qərarı Türkiyə Mili Təhsil Şurası tərəfindən qəbul edilib. Tövsiyə xarakterli qərar, Milli Təhsil Nazirliyinə təqdim ediləcək. Həmçinin liseylərdə məcburi din dərsinin həftədə bir saat deyil, iki saat keçirilməsi təklifi də şurada səsverməyə çıxarılaraq qəbul edilib. Şuranın qərarına görə, liseylərdə məcburi olması təklif edilən Osmanlıca dərsləri yalnız Anadolu İmam hətib liseylərində məcburi şəkildə tədris ediləcək.
Bu xəbər oxucular tərəfindən 811 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed